Ukraynanın səmasında 635 rus dronu: elektrik xətlərinə ZƏRBƏ...
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Ukraynanın səmasına gecə ərzində 635 Rusiya dronu buraxılıb. Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə ölkənin enerji naziri vəzifəsini icra edən Artem Nekrasov bildirib. O qeyd edib ki, üç qərb vilayəti demək olar ki, tamamilə elektriksiz qalıb:
“İlin əvvəlindən bəri doqquzuncu dəfə Ukrayna elektrik şəbəkəsinə qarşı yeni genişmiqyaslı hücum başladılıb və bu təəssüf doğrur”.
Ukrayna Baş nazirinin müavini və yenidənqurma işlərinə cavabdeh olan Aleksey Kuleba bildirib ki , Odessa bölgəsindəki vacib elektrik qurğuları və mülki anbarlar gecə və bu səhər Rusiya atəşi nəticəsində zədələnib. O əlavə edib ki, Ukrayna soya paxlası daşıyan Livan bayrağı altında üzən gəmi də Odessa limanında vurulub, lakin itki barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 23 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















