Icma.az
close
up
RU
“Ukraynanın sonu dəhşətli olacaq Medvedev Kiyevi və Vaşinqtonu hədələyir

“Ukraynanın sonu dəhşətli olacaq Medvedev Kiyevi və Vaşinqtonu hədələyir

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Qərb Ukraynanı maliyyələşdirməyə davam etməklə onun vəziyyətini daha da pisləşdirir.

“AzPolitika” xəbər verir ki, Medvedev həmişəki üslubuna sadiq qalaraq, Qərbi və Ukraynanı məhv etməklə hədələyib.

Onun hesablamalarına görə, Rusiya işğalının başlanğıcından bəri Ukraynanı dəstəkləmək üçün 500 milyard avro xərclənib: "Bu, həddindən artıq böyük bir məbləğdir. Bu pulla yeni, neytral və çiçəklənən Ukrayna qurula bilərdi. Amma qismət deyilmiş”.

Eyni zamanda, o qeyd edib ki, ABŞ Əfqanıstandakı 20 illik hərbi mövcudluğu dövründə dəfələrlə çox pul xərcləyib: "2001-2021-ci illər arasında sarsılmaz azad Pindostan Əfqanıstanda hakimiyyəti Talibandan Talibana ötürmək üçün 2,3 trilyon dollar yandırıb".

Medvedev bundan belə nəticəyə gəlib ki, Qərb dünyası Ukraynanı dəstəkləməyə nə qədər çox pul xərcləsə, hazırkı hökumətin "sonu bir o qədər dəhşətli olacaq" və Rusiya bir o qədər çox ərazi qazanacaq: "Hər şey Əfqanıstanda ABŞ-nin başına gələn kimi olacaq".

Ancaq ABŞ-ni və Ukraynanı acı sonluqla hədələyən Medvedev nədənsə Rusiya tarixindəki Əfqanıstan səhifəsi barədə danışmayıb. Qeyd etməyib ki, məhz Əfqanıstandakı uğursuz müharibədən sonra SSRİ dağıldı və Rusiya böyük bir imperiyanı itirdi…

Qeyd edək ki, Pentaqonun 2024-cü ilin noyabr ayında yaydığı məlumata görə, 24 fevral 2022-ci il tarixindən bəri ABŞ Konqresi tərəfindən Ukraynaya göstərilən maliyyə yardımının ümumi məbləği 182 milyard dollar olub. Bunun yalnız 65,9 milyard dolları silah təchizatına xərclənib.

2025-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bəyan edib ki, Aİ müharibə dövründə Ukraynaya dəstək üçün təxminən 165 milyard avro ayırıb.

Kiel İnstitutunun məlumatına görə, Böyük Britaniya eyni məqsəd üçün 10,36 milyard avro (11,8 milyard dollar) xərcləyib. Beləliklə, ümumilikdə Qərb ölkələri Ukraynaya yardım üçün 371 milyard dollara yaxın pul xərcləyib.

Bu arada, Ukrayna ilə müharibənin təkcə ilk iki ili Rusiyaya 211 milyard dollara (19,5 trilyon rubl) başa gəlib. ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi “Reuters”-ə bildirib ki, bu məbləğ hücum əməliyyatları üçün qoşunların təchiz edilməsinə, yerləşdirilməsinə və saxlanmasına xərclənib.

Pentaqon qeyd edib ki, müharibənin təkcə iki ili Rusiyaya 2026-cı ilə qədər gözlənilən itirilmiş iqtisadi artım da daxil olmaqla 1,3 trilyon dollara başa gəlib.

Hərbi xərclər Rusiya büdcəsində növbəti üç il üçün də prioritet olaraq qalır. 2026-2028-ci illərdə hökumət hərbi xərclərə və silah tədarükünə əlavə 39,543 trilyon rubl və ya 477 milyard dollar xərcləyəcək.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri