Icma.az
close
up
RU
UKRAYNANIN TALEYİ ROMADA HƏLL OLUNUR “Putin Uitkoffdan xahiş edib ki...”

UKRAYNANIN TALEYİ ROMADA HƏLL OLUNUR “Putin Uitkoffdan xahiş edib ki...”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Romada Papa Fransiskin dəfn mərasimi keçiriləcək. Təəssüf ki, bu dəfn mərasimi həm də simvolik olaraq beynəlxalq hüququn, ədalətin, işğalçının cəzalandırılması, ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı prinsipinin dəfn edilməsi fonunda həyata keçirilir. 

Belə ki, hazırkı ABŞ rəhbərliyi dolayısı ilə Ukraynanı işğalçı Rusiya qarşısında kapitulyasiyaya bərabər şərtlərlə sülh razılaşmasına vadar etmək üzrədir. Romada keçiriləcək görüşlərdə bu prosesə son nöqtə qoyula bilər…

Artıq 50 dövlətin nümayəndə heyətləri və rəhbərləri Vatikana gəliblər. Onların arasında ABŞ, Ukrayna, Braziliya, Fransa prezidentləri, Macarıstanın baş naziri də var. Papanın öz xahişi ilə dəfn mərasimi mümkün qədər sadə olacaq, kilsədə quraşdırılmış qəbir daşı - bircə yazısı olan ağ mərmər plitə: “Fransisk”. Bu qəbir daşı təkcə sağlığında Ukraynaya “ağ bayraq qaldırmağı” təklif edən Papanın qəbir daşı deyil, həm də onun dəfninə toplaşanların Ukraynanın gələcək parçalanması üçün qoyduqları təməl daşı ola bilər…

ABŞ Prezidenti Donald Tramp artıq Romaya gəldiyini açıqlayıb: "Yenicə Romaya endim. Rusiya və Ukrayna ilə danışıqlar və görüşlər üçün yaxşı gündür. Onlar razılığa çox yaxındırlar və indi hər iki tərəf razılığa gəlmək üçün çox yüksək səviyyədə görüşməlidir".

Onun sözlərinə görə, əsas məsələlərin əksəriyyəti artıq razılaşdırılıb. Amerika lideri qan tökülməsinə dərhal son qoymağın vacibliyini vurğulayıb və müharibənin dayandırılmasına köməklik edəcəyinə söz verib: "Bu qəddar və mənasız müharibənin sonunu asanlaşdırmaq üçün lazım olan yerdə olacağıq!"

Bu arada Tramp Romada dəfn mərasimi zamanı Zelenski ilə görüşə biləcəyini qeyd edib. Ukrayna Prezidenti Volodimir Zelenski də Roma Papası Fransisklə vida mərasimində iştirak etmək üçün İtaliya paytaxtına gəlib. Zelenski Vatikanın Müqəddəs Pyotr meydanında pontifikin xatirəsini yad edən digər dünya liderlərinə qoşulacaq.

Bundan əvvəl aparıcı Qərb mediası ABŞ-nin Ukraynadakı müharibəni həll etmək planı barədə məlumatlar yayıblar. Bu məlumatlara görə, Vaşinqton işğal olunmuş Krımı hüquqi cəhətdən Rusiyanın bir hissəsi kimi tanımağa hazırdır. İşğal altındakı digər dörd vilayətin ərazisi isə de-fakto Rusiyanın nəzarətindəki ərazi kimi qəbul olunur. Ukraynaya ABŞ tərəfindən heç bir təhklükəsizlik zəmanəti verilmir. Zaporojye AES Ukrayna və ABŞ-nin nəzarətinə verilir, orada istehsal olunan enerji isə həm Ukrayna, həm də Rusiya tərəfinə ötürülür. Ukraynanın Dnepr çayı ilə hərəkəti və Kaxovkaya nəzarəti təmin olunur. Həmçinin, Xarkov vilayətinin Rusiyanın işğalı altında olan kiçik ərazisi geri qaytarılır. Rusiyay qarşı bütün sanksiyalar götürülür. Ukrayna NATO-dan imtina edir və s.

ABŞ belə görünür ki, artıq Rusiya ilə razılaşdırdığı bu şərtləri Ukraynaya qəbul etdirmək üçün maksimum təzyiq edir, hətta əks halda danışıqlar prosesindən çıxacağı, Ukarynaya istənilən yardımı dayandıracağı ilə hədələyir.

Bu arada “Bloomberg” xəbər verir ki, artıq Birləşmiş Ştatlar Ukraynaya kibertəhlükəsizlik sahəsində dəstəyi kəsib və bununla bağlı bir çox avadanlıqları Kiyevə çatdırmaqdan imtina edib. Agentlik bildirir ki, Ukrayna üzrə kibertəhlükəsizliyə texniki dəstək göstərən çoxsaylı mütəxəssislərlə müqavilələr ləğv edilib və ya dayandırılıb, kompüter avadanlığı və proqram təminatının çatdırılması dayandırılıb. Əlbəttə ki, bu cür həyati əhəmiyyət kəsb edən tədbir və təzyiqlərin davamı gələ, Ukrayna kəşfiyyat məlumatları və həlledici silahlardan məhrum edilə bilər.

Bu arada Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Ukrayna məsələsi üzrə ABŞ ilə danışıqlar başa çatana qədər onun detallarını açıqlamaq niyyətində deyil. O, Ukrayna başçısına söz ataraq, mediaya məsələni Volodimir Zelenski ilə müzakirə etməyi təklif edib. Çünki onun sözlərinə görə, “Zelenski ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla hər kəslə media vasitəsilə könüllü əlaqə saxlayır”: "Biz həmişə təmkin nümayiş etdiririk. Bəzilərindən fərqli olaraq biz danışıqların məzmununu açıq şəkildə müzakirə etmirik, əks halda danışıqlar öz ciddiliyini itirəcək".

Məlum olduğu kimi, bundan öncə Kremldə Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında 4-cü görüş keçirilib və burada Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpası məsələsi müzakirə olunub. Rusiya mətbuatının yazdığına görə, Putin Uitkoffdan Trampla mümkün qədər tez görüş təşkil etməyi xahiş edib: “Çünki birbaşa dialoq razılaşmaları asanlaşdıracaq”.

Bu arada Zelenski də atəşkəsin və sülhün yaxınlaşdığına dair açıqlamalar verir: "Yaxın günlərdə Ukraynaya sülhü yaxınlaşdıracaq çox mühüm görüşlər keçirilə bilər. Şərtsiz atəşkəs lazımdır. Rusiyaya real təzyiq lazımdır. Diplomatiya işləməlidir. Biz hər şeyi edirik ki, diplomatiya mənalı olsun və nəhayət, işləsin".

Göründüyü kimi, Ukraynanı heç bir ciddi təhlükəsizlik təminatı verilmədən, NATO-dan imtinanı nəzrədə tutan, Krımın və digər məlum ərazilərin itirilməsi ilə de-fakto barışmağa məcbur edən “sülh”ə razı salmaq üzrədirlər. Əgər bu “plan” baş tutsa, bütün dünya üzrə işğalçılığın, separatizmin əl-qolu açılmış, cəzasızlıq mühiti daha da genişlənmiş olacaq. Eyni zamanda, daha da iştahlanan Putin Rusiyasına təkcə Ukrayna deyil, bizim region da daxil olmaqla digər qonşularına qarşı aqressiv, işğalçı, imperiyaçı siyasətini gücləndirmək, yenidən toparlanmaq və bir neçə ildən, xüsusilə də Trampın hakimiyyətdən gedişindən sonra yenidən Ukraynaya hücum etməsi üçün münbit şərait yaradılacaq…

C.Məmmədli

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Aprel 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri