Icma.az
close
up
RU
Ukraynanın təhlükəsizlik zəmanətinə Türkiyə də qatılır ŞƏRH

Ukraynanın təhlükəsizlik zəmanətinə Türkiyə də qatılır ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Toğrul İsmayıl: "Ankara artıq müharibədən sonra formalaşacaq təhlükəsizlik nizamının müəyyən edilməsinə töhfə verəcək bir ölkə kimi önə çıxır"

Fransa və Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması üzrə işçi qrup yaradacaq. Bu prosesdə Türkiyə və ABŞ də iştirak edəcək. Bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. Makron deyib ki, Fransa və Böyük Britaniyanın rəhbərliyi altında dəniz sahəsində əsas rol oynayan Türkiyənin sıx iştirakı ilə ilk dəfə olaraq işçi qrup fəaliyyətə başlayacaq. ABŞ də burada iştirak edəcək. Fransa prezidentinin fikrincə, təcavüzün qarşısını almaq üçün Ukrayna ordusunun sayı məhdudlaşmamalı, hətta ordunu gücləndirəcək ehtiyat qüvvələr mövcud olmalıdır. Ekspertlərə görə, bu qərar dolayı yolla Ukraynada NATO ölkələrinə məxsus silahlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Rusiya xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl bəyan edib ki, Moskva heç bir halda NATO ölkələrinin hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsinə imkan verməyəcək. Onun sözlərinə görə, alyans qoşunlarının Ukrayna torpağında olması Rusiya üçün təhdid təşkil edir. 

Ankara Universitetinin professoru Toğrul İsmayıl Sherg.az-a açıqlamasında deyib ki, Türkiyə və ABŞ-nin iştirakı ilə yaradılacaq yeni işçi qrupu Ukraynada müharibədən sonra təhlükəsizlik nizamının formalaşdırılması baxımından kritik platforma xarakteri daşıyır. Professorun sözlərinə görə, Türkiyənin bu mexanizmdə yaxından rol alacaq ölkələrdən biri kimi göstərilməsi Ankaranın müharibə boyunca yürüdüyü çoxşaxəli siyasətin beynəlxalq miqyasda təqdir edildiyini göstərir: "Türkiyənin işçi qrupunda yer almasının arxasında təsadüfi reflekslər deyil, uzun müddətdir addım-addım qurulan strateji mövqe dayanır. Ankara Ukrayna böhranını təkcə hərbi rəqabət sahəsi kimi deyil, Avropa təhlükəsizlik memarlığının gələcəyini müəyyənləşdirəcək bir transformasiya prosesi kimi dəyərləndirir. Bu səbəbdən həm Kiyev, həm də Moskva ilə dialoq kanallarını açıq saxlayan, eyni zamanda NATO müttəfiqləri ilə koordinasiyanı davam etdirən hibrid diplomatik yanaşma tətbiq etdi. Bu yanaşma Türkiyəni həm sahədə, həm də diplomatiya masasında "qaçınılmaz tərəfdaş" mövqeyinə yüksəltdi. Türkiyənin işçi qrupuna daxil edilməsi də bu qaçınılmazlığın siyasi olaraq təsdiqidir. Türkiyənin Ukrayna məsələsində əsas xüsusiyyəti olan balans siyasəti bu yeni mexanizmlə daha institusional və davamlı bir çərçivəyə daşınır. Ankara artıq tərəflərlə danışan aktor olmaqla kifayətlənmir, eyni zamanda müharibədən sonra formalaşacaq təhlükəsizlik nizamının normalarının müəyyən edilməsinə töhfə verəcək bir ölkə kimi önə çıxır. Türkiyənin 2023-cü ildən bəri G7-nin Ukrayna üçün təhlükəsizlik öhdəlikləri prosesinə dəstək verməsi də bu yanaşmanın arxa planını təşkil edir". 

T.İsmayıl əlavə edib ki, Türkiyənin Ukrayna təhlükəsizlik memarlığında artan rolu NATO üzvlüyü ilə regional güc kimliyini birləşdirən yeni xarici siyasət platforması yaradır: "Qaradəniz geosiyasəti, Rusiya ilə münasibətlərin idarə edilməsi və Avropa təhlükəsizliyi baxımından Türkiyənin "sistem kənarında saxlanıla bilməyən" bir güc olduğu reallığı getdikcə daha aydın görünür. Bu səbəbdən Ankaranın işçi qrupuna daxil edilməsi təkcə Ukrayna kontekstində deyil, bütövlükdə Avropa təhlükəsizlik memarlığının transformasiyası baxımından da Türkiyənin mərkəzi rolunun qəbul edilməsi deməkdir. Nəticə olaraq, Türkiyə Ukrayna məsələsində yalnız vasitəçi və ya asanlaşdırıcı deyil, müharibədən sonra yaranacaq təhlükəsizlik nizamının qurulmasında formalaşdırıcı aktora çevrilir. Yeni işçi qrupu bu dönüşümün həm simvolik, həm də funksional göstəricisidir. Gözlənilir ki, Ankara qarşıdakı dövrdə həm hərbi təhlükəsizlik, həm də siyasi-diplomatik memarlığın dizaynında daha görünən və istiqamətverici rol oynayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri