Ukraynanın vurduğu Rusiya limanında yanğın hələ də davam edir VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, dünən Ukrayna ordusu Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, hücum nəticəsində Rusiyanın Purqa döyüş buzqıran gəmisi və neft terminalı vurulub.
Hücumdan sonra başlayan yanğını isə hələ də söndürmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə məxus olan bu gəmi həm buzqıran gəmilərin, həm də hərbi gəmilərin funksiyalarını yerinə yetirir.
Qeyd edək ki, Ust-Luqa limanında Rusiyanın ən böyük neft terminalı yerləşir.
Sözügedən limandan neft məhsullarının xarici bazarlara tədarükü üçün istifadə edilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 26 Mart 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















