Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kiyev, 3 sentyabr, AZƏRTAC
Yaxın vaxtlarda Ukrayna və onun müttəfiqləri, o cümlədən ABŞ, Rusiya ilə aparılan müharibənin başa çatdırılması ilə bağlı sülh səylərinə yeni təkan verəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa jurnalistlərlə söhbəti zamanı deyib. Nazirin sözlərinə görə, sülh səylərində və müharibənin başa çatdırılmasında diplomatiya getdikcə daha fəal rol oynamalıdır.
Sibiqa, həmçinin vurğulayıb ki, ABŞ tərəfinin iştirakı olmadan buna nail olmaq real deyil – geosiyasi reallıqlar belədir.
Xarici işlər naziri, həmçinin Prezident Volodimir Zelenskinin bu yaxınlarda ABŞ-nin danışıqlar qrupunun üzvləri ilə söhbət etdiyini təsdiqləyib: “ABŞ tərəfi ilə müntəzəm əlaqə saxlanılır – bu dialoq dayandırılmayıb. Ukraynada nə tətil olub, nə də fasilə – biz torpağımız və ədalətli sülh uğrunda mübarizə aparırıq. İndi isə hesab edirəm ki, dünyanın bir çox paytaxtında siyasi-diplomatik mərhələnin fəal şəkildə bərpa olunması ilə sülh səylərində yeni dinamika müşahidə edəcəyik. Buna görə də xəbərləri izləyin”, – deyə Sibiqa bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 Sentyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















