Ukraynanın yeni prezidenti bu şəxs olacaq Arestoviç ad çəkdi
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda isə Londonda səfir vəzifəsini yerinə yetirən Valeri Zalujnı seçkilərdə iştirak edəcəyi təqdirdə, yüksək ehtimalla ölkənin yeni prezidenti olacaq.
Globalinfo.az xəbər verir ki, bu fikiri Ukrayna Prezident Administrasiyasının keçmiş müşaviri Aleksey Arastoviç səsləndirib.
“Əsas məsələ Zalujnının seçkilərə gedib-getməyəcəyi ilə bağlıdır. Əgər getsə, böyük ehtimalla qalib gələcək. Əgər qatılmasa, seçkilərdə qalib şəxs Zelenski olacaq. Belə olan halda, o, legitimliyini bərpa edəcək və sözün əsl mənasında ‘super prezidentə’ çevriləcək. Bundan sonra istədiyi kimi hərəkət edə və səlahiyyətlərini genişləndirə bilər”, – Arastoviç bildirib.
Onun sözlərinə görə, hazırkı hakimiyyət Zalujnının seçkilərdə iştirak etməməsi üçün mümkün olan bütün vasitələrdən yararlanacaq. Bu isə hədə-qorxudan tutmuş, ağıla gələn bütün imtiyazların təklif edilməsinə qədər müxtəlif üsulları əhatə edə bilər.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 23 Dekabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















