Ukraynaya 40 minlik ordu yeridiləcək Makron hazırlaşır
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla Varşavada görüşərək, Ukraynada müharibədən sonrakı sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək.
Axar.az xəbər verir ki, bu barədə "Politiko"ya AB diplomatı və Fransa rəsmisi məlumat verib.
Polşanın “Rzeczpospolita” qəzetində iki ölkənin digər ölkələrin hərbçilərindən ibarət potensial 40 min nəfərlik sülhməramlı missiyanı müzakirə etdiyinə dair xəbərlə bağlı suala cavab verən avropalı diplomat bunu təsdiqləyib. Lakin o, hərbçilərin hansı ölkələrdən gətirilə biləcəyini açıqlamayıb.
Eyni zamanda, Polşa rəsmisi müttəfiqlərin Makronun təklifindən təəccübləndiyini vurğulayıb.
Diplomatın sözlərinə görə, sülhməramlı missiyalarla bağlı qərarlar Fransa prezidenti ilə ikitərəfli müzakirələr çərçivəsində deyil, BMT və ya ATƏT çərçivəsində qəbul edilməlidir. Rəsmilərin fikrincə, Polşa qoşunlarının Ukraynaya göndərilməsi yalnız NATO formatında məna kəsb edə bilər.
Nəşr qeyd edib ki, xarici qoşunların Ukraynaya yeridilməsi Rusiya Prezidenti Vladimir Putinin gələcəkdə müharibəyə başlamayacağına zəmanət verə bilər.
Baxış sayı:97
Bu xəbər 12 Dekabr 2024 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















