Icma.az
close
up
RU
Ukraynaya 90 milyard avroluq Aİ nin dəstək krediti...

Ukraynaya 90 milyard avroluq Aİ nin dəstək krediti...

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Avropa Parlamenti Ukrayna üçün 90 milyard avroluq kreditin sürətləndirilmiş nəzərdən keçirilməsini təsdiqlədi.

...SİA xəbər verir ki, Avropa Parlamentinin mətbuat xidmətinin məlumatına görə, Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq Aİ dəstək krediti vermək üçün gücləndirilmiş əməkdaşlıq prosedurundan istifadəni təsdiqləyib.

Üzvlər çərşənbə günü müvafiq qərar qəbul edərək, Aİ Şurasına bütün Aİ üzv dövlətlərinin yekdil dəstəyi olmadan bir qrup üzv dövlətin əməkdaşlıq etməsinə imkan verən xüsusi mexanizmdən istifadə etməyə icazə veriblər.

Ukrayna üçün dəstək krediti 18 dekabr 2025-ci ildə Brüsseldə keçirilən Avropa Şurasının zirvə toplantısında razılaşdırılıb və 14 yanvar 2026-cı ildə Avropa Komissiyası tərəfindən rəsmi olaraq təqdim edilib.

Lakin Çexiya, Macarıstan və Slovakiya bu qərarı dəstəkləməkdən imtina ediblər.

Buna görə də Aİ gücləndirilmiş əməkdaşlıq prosedurundan - Aİ müqavilələrində nəzərdə tutulan və Avropa Parlamentinin ayrıca təsdiqini tələb edən mexanizmdən istifadə etmək qərarına gəlib.

Qərar səs çoxluğu ilə qəbul edilib:

- 499 üzv lehinə səs verib;

-135 nəfər əleyhinə səs verib;

-24 nəfər bitərəf qalıb.

-Əvvəlki gün, çərşənbə axşamı günü Avropa Parlamenti də bu məsələnin və əlaqəli qanunvericilik təkliflərinin nəzərdən keçirilməsini sürətləndirməyə razılaşıb.

Növbəti addım, adi qanunvericilik proseduru vasitəsilə Avropa Parlamenti və Aİ Şurası arasında kredit proqramının təfərrüatları barədə razılığa gəlmək olacaq.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri