Icma.az
close
up
RU
“Ukraynaya Amerika dəstəyinin kritik elementləri“ “The Economist“

“Ukraynaya Amerika dəstəyinin kritik elementləri“ “The Economist“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Amerika kəşfiyyatı olmadan Ukrayna dinamik hədəflərə zərbə endirməkdə çətinlik çəkəcək..."

GPS ilə idarə olunan GMLRS raketlərindən istifadənin dayandırılması Rusiyaya cəbhə xəttinin onlarla kilometr arxasında daha geniş manevr imkanları verəcək.

Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.

Nəşr qeyd edir ki, Ukraynaya Amerika dəstəyinin ən vacib elementləri silah, onun texniki xidməti və təmiri, şəhərlərin müdafiəsini təmin edən zenit raketləri, hərbi rabitənin əsası olan "Starlink" sistemi və bəlkə də ən önəmlisi kəşfiyyat məlumatlarının mübadiləsidir.

Qeyd olunur ki, Ukrayna artilleriya sistemlərinin böyük bir hissəsini pilotsuz uçuş aparatları (PUA) ilə əvəz edə bilər. Bunun üçün, sadəcə, maliyyə vəsaiti tapmaq lazımdır, çünki yerli müdafiə sənayesi tam gücü ilə işləmir. Ukrayna dronları döyüş meydanında yaxşı nəticə göstərib, çox vaxt artilleriyadan daha effektivdir və daha ucuz başa gəlir. Bununla belə, artilleriya hələ də mühüm rol oynayır və Ukraynada aylıq istehsal edilən onlarla yeni sistem mərmilər olmadan təsirli olmayacaq.

"Bradley" döyüş maşınlarının itirilməsi də eyni dərəcədə dağıdıcı olardı. GPS ilə idarə olunan GMLRS raketlərindən istifadənin dayandırılması isə Rusiyaya cəbhə xəttinin onlarla kilometr arxasında daha geniş manevr imkanları verəcək", - məqalədə deyilir. Jurnalistlər vurğulayır ki, yalnız ABŞ "Patriot" kimi yüksək səviyyəli raketlər istehsal edə bilər və onlar Rusiyanın hipersəs və ballistik raketlərini zərərsizləşdirməyə qadirdir.

Nəzəri olaraq kütləvi istehsalı mümkün olduğu halda Fransa-İtaliya istehsalı olan SAMP/T sistemi əvəzləyici rol oynaya bilər. Ancaq məqalədə bildirilir ki, bu sistem ən sürətli raketləri neytrallaşdıra bilmir, baxmayaraq ki, gələn il daha təkmil bir versiyanın istifadəyə verilməsi gözlənilir. "Patriot" raketlərinin tədarükünün dayandırılması Ukraynanın böyük hissəsinin Xarkov kimi cəbhə xəttində yerləşən şəhərlərdəki dağıntılarla üzləşməsinə səbəb olacaq", - analitiklər xəbərdarlıq edir.

Həmçinin qeyd olunur ki, hazırda Polşa tərəfindən maliyyələşdirilən, lakin ABŞ-ın nəzarətində olan "Starlink" peyk şəbəkəsi də əvəzolunmaz resurslardan biridir. Hərbi yardımın dayandırılmasının bu sistemə necə təsir edəcəyi bəlli deyil, lakin ukraynalılar əvvəllər də alternativ yollar tapıb, xüsusilə Rusiyanın Kursk vilayətində aparılan əməliyyatlar zamanı, burada "Starlink" əsasən işlək deyil. Orada mühəndislər əsgərləri rabitə ilə təmin etmək üçün mobil texnologiyalar və pilotsuz retranslyatorlardan istifadə edib.

Ukraynalı bir rəsmi bildirib ki, oxşar texnologiyalar əsasında ehtiyat plan hazırlanır: "Bir planımız var ki, onu bir neçə gün ərzində işə sala bilərik, daha genişmiqyaslı həll isə üç aya hazır olacaq". Onun sözlərinə görə, keçid çətin olacaq və ukraynalılar döyüş meydanında əsas üstünlüklərindən birini müvəqqəti olaraq itirə bilər.

Nəşr bildirir ki, ən vacibi Amerikanın NATO vasitəsilə təmin etdiyi kəşfiyyat məlumatlarıdır. "Məhz bu sahədə Ukrayna ordusu hər cür təhlükəni- hücuma hazırlaşan rus təyyarələri, yeni hücumlara hazırlanan qoşunlar, Rusiya, İran və Şimali Koreyadan gələn silah tədarükü, həmçinin Rusiya ordusunun anbarları, logistika və əməliyyat mərkəzlərini görə bilir", - məqalədə qeyd olunur.

Bu kəşfiyyat məlumatları Ukraynaya real vaxt rejimində raket və pilotsuz sistemlərini Rusiya ərazisindəki hədəflərə yönəltməyə imkan verir. Ukrayna dronları yalnız cəbhə xəttinin bir qədər arxasını görə bilir, lakin ABŞ kəşfiyyatı onlara daha uzaq məsafələri müşahidə etməyə kömək edir.

Bir Qərb hərbi rəsmisi bildirib ki, Avropa bu imkanlardan bəzilərini təmin edə bilər, məsələn, Böyük Britaniya mütəmadi olaraq Qara dəniz üzərində "Rivet Joint" kəşfiyyat təyyarələri ilə uçuşlar həyata keçirir, lakin bu ABŞ qədər sürətli deyil. O əlavə edib: "Belə müharibələrdə hər şey zamandan asılıdır. Amerika kəşfiyyatı olmadan Ukrayna dinamik hədəflərə zərbə endirməkdə çətinlik çəkəcək, yəni döyüş zamanı yeni hədəfləri görmək və dərhal vurmaq imkanı azalacaq".

Ukraynanın hərbi texnologiyalar sektorunun tanınmış simalarından olan Serqey Koşman hesab edir ki, bu vəziyyət Qərbə də zərər vuracaq: "Amerikalılar burada öz imkanlarını inkişaf etdirir və sınaqdan keçirir. Əgər ən pis ssenari baş verərsə və tərəfdaşlarımız etibarsız çıxarsa, biz də uyğun seçim etməli olacağıq. Bu vəziyyətin nəticəsində bütün Qərb zərər çəkəcək", - o, bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri