Icma.az
close
up
RU
Ukraynaya gecə hücumları nəticəsində paytaxtda 4 nəfər ölüb: Qərb şəhərləri də zərbə altındadır

Ukraynaya gecə hücumları nəticəsində paytaxtda 4 nəfər ölüb: Qərb şəhərləri də zərbə altındadır

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiya tərəfindən həyata keçirilən gecə hücumları nəticəsində Ukraynanın müxtəlif şəhərlərində dağıntılar və insan tələfatı qeydə alınıb.

APA xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə baş vermiş raket və dron hücumları nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib. Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, hücum nəticəsində sivil infrastruktur obyektləri, yaşayış binaları, avtomobillər və metro yolları ciddi zərər görüb.

Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) 05:00-a olan məlumatına əsasən, şəhərin 6 rayonunda dağıntılar qeydə alınıb. Solomensk rayonunda 500 kv.m sahəni əhatə edən anqarda yanğın baş verib, 16 mərtəbəli binada baş verən yanğından 3 nəfər xilas edilib. Darnitsk rayonunda isə düşən qalıqlar ən azı 3 yerdə avtomobillərə zərər verib.

Qolosievsk rayonunda sivil obyekt yanıb, məktəbə zərər dəyib, Aİ-yanacaqdoldurma məntəqəsi yaxınlığında avtomobilə qalıqlar düşüb. Desnyan, Şevçenkovski və Dneprovski rayonlarında da müxtəlif dağıntılar və yanğınlar qeydə alınıb. Metro xətlərinin bərpası işləri 24 saat ərzində davam etdiriləcək.

Ukraynanın qərbində yerləşən Luçk şəhəri də gecə hücumlarına məruz qalıb. Luçk meri İqor Palişçukun verdiyi məlumata görə, şəhərə 15 dron və 6 raket atılıb. Nəticədə 5 nəfər xəsarət alıb, lakin ölən yoxdur. Hücumlar nəticəsində çoxmərtəbəli binaların dam örtükləri və pəncərələri, ticarət obyektləri və avtomobillər zərər görüb.

Ternopolda isə sənaye və infrastruktur obyektlərinə zərbələr endirilib. Şəhər rəhbəri Sergey Nadal bildirib ki, şəhərin bir hissəsi işıqsız qalıb, su təzyiqi isə azalıb. Ternopolda havanın çirklənməsi və tüstülənmə müşahidə olunur, bu səbəbdən sakinlərə evdən çıxmamaq və uşaqların, yaşlıların küçəyə buraxılmaması tövsiyə edilib.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyun 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri