Icma.az
close
up
RU
Ukraynaya gecə hücümü: Bu dəfə kütləvi oldu

Ukraynaya gecə hücümü: Bu dəfə kütləvi oldu

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

20 noyabr axşamı Rusiya ordusu Zaporojye şəhərinə kütləvi hücuma başlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Zaporojye regional hərbi administrasiyasının rəhbəri İvan Fedorov deyib. 

Onun sözlərinə görə, yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində beş nəfər həlak olub, səkkiz nəfər yaralanıb. 

Fedorov “Telegram”-da yazıb: 

"Ən azı beş hündürmərtəbəli binanın zədələndiyi və ticarət pavilyonlarının dağıdıldığı məlumdur".

Ümumilikdə, Rusiya qoşunları gün ərzində bölgədəki 16 yaşayış məntəqəsinə 387 zərbə endirib. Zaporojye, Maqdalinivka, Lukyanivske və Ternuvat hava hücumlarına məruz qalıb. 

Stepnoqorsk, Primorskoye, Mala Tokmaçka, Yablokovo və Zeleno da artilleriya atəşinə tutulub. 

Fedorov qeyd edib ki, yaşayış binalarına, qeyri-yaşayış binalarına, nəqliyyat vasitələrinə və infrastruktura ziyan dəyməsi barədə 90 məlumat daxil olub.19 noyabr gecəsi Rusiya payızın əvvəlindən bəri Ukraynaya ən ölümcül hava hücumlarından birini həyata keçirib. 

Ternopolda çoxmərtəbəli yaşayış binasına raket düşməsi nəticəsində 28 nəfər həlak olub, 94 nəfər yaralanıb. Daha 16 nəfər itkin düşüb. Ölənlər arasında üç uşaq da var. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, bina X-101 raketi ilə vurulub.

Elə həmin gecə Rusiya dronları Xarkovun yaşayış məntəqələrinə kütləvi hücum təşkil edib. Dronların yaşayış binalarına zərbələri nəticəsində uşaqlar da daxil olmaqla 46 nəfər yaralanıb. Bundan əvvəl Xarkov bölgəsindəki Berestın və Balakliyaya endirilən zərbələr nəticəsində dörd nəfər həlak olub, 19 nəfər yaralanıb.

14 noyabrda Rusiya ordusu Kiyevə dronlar və ballistik raketlərdən istifadə edərək birgə hava hücumu təşkil edib. Hücum nəticəsində Kiyevdə yeddi, Kiyev bölgəsində isə daha altı nəfər həlak olub. 30-dan çox mülki şəxs yaralanıb, onların əksəriyyəti xəstəxanaya yerləşdirilib. 

Atəş zamanı Kiyevin doqquz rayonunda otuz bina zərər görüb.

"Bu, insanlara və mülki infrastruktura maksimum ziyan vurmaq məqsədi daşıyan qəsdən hesablanmış hücum idi. Dünya bu zərbələri yeni sanksiyalarla dayandırmalıdır", - Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə edilən hücumla bağlı şərh verib.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri