Icma.az
close
up
RU
Ukraynaya həlak olmuş daha 1245 hərbçinin meyiti qaytarılıb

Ukraynaya həlak olmuş daha 1245 hərbçinin meyiti qaytarılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Kiyev, 16 iyun, AZƏRTAC

Ukraynaya həlak olmuş daha 1245 hərbçinin meyiti qaytarılıb, bununla da Rusiya Federasiyası ilə İstanbul razılaşmasının repatriasiya hissəsi tamamlanıb. Belə ki, yuxarıda qeyd olunan razılaşma çərçivəsində Ukrayna tərəfi 6057 cəsəd qəbul edib.

Bu barədə AZƏRTAC Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının “Telegram” kanalına istinadla xəbər verir.

Ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün ekspertizalar Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanları və ekspertiza müəssisələri tərəfindən aparılacaq.

Repatriasiya Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahı, SBU, Ukrayna Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin aparatı, Xüsusi Vəziyyətlərdə İtkin Düşmüş Şəxslərin İşləri üzrə müvəkkilin katibliyi, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin və digər strukturların əməkdaşlığı sayəsində həyata keçirilib.

Koordinasiya Qərargahı, həmçinin göstərilən köməyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığını bildirib.

Qeyd edək ki, İstanbulda keçirilən danışıqların ikinci raundunda Ukrayna və Rusiya ölənlərin cəsədlərinin “6000-dən 6000-ə qədər” düsturuna əsasən qaytarılması barədə razılığa gəliblər. Repatriasiya tədbirləri iyunun 11 və 13, 14, 15-də baş tutub. Tərəflər, həmçinin yaralıların, ağır xəstələrin və 18-25 yaşlı şəxslərin təsirinə məruz qalan ikinci irimiqyaslı məhbus mübadiləsi barədə razılığa gəliblər. Məhbus mübadiləsi iyunun 9, 10, 12 və 14-də baş tutub. Ötən şənbə günü azad edilənlər arasında 2022-ci ildən əsirlikdə olan hərbçilər, xüsusilə Mariupolun müdafiəçiləri, habelə zabitlər var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri