Icma.az
close
up
RU
Ukraynaya Krımdan sonra ikinci böyük zərbə Rusiyadan başqa üç ölkə də olacaq

Ukraynaya Krımdan sonra ikinci böyük zərbə Rusiyadan başqa üç ölkə də olacaq

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun “Tayms” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Kelloq Ukraynanın sülh sazişi çərçivəsində İkinci Dünya müharibəsindən sonra Berlin kimi bölünə biləcəyini söyləyib. 

Ağ Ev rəsmisi Britaniya və Fransa qoşunlarının Dneprdən qərbdə, Rusiya ordusunun isə işğal olunmuş şərqdə nəzarət zonalarını ələ keçirə biləcəyini söyləyib. Onun sözlərinə görə, həmin mövqelərin arasında Ukrayna qüvvələri və demilitarizasiya zonası olacaq.

Kelloq bildirib ki, bunu İkinci Dünya müharibəsindən sonra Berlinlə baş verənlərə bənzətmək mümkündür. O zaman Rusiya zonası, Fransa zonası, Britaniya zonası, ABŞ zonası var idi. Maraqlıdır ki, ABŞ rəsmisi daha sonra nəşrin onun fikirlərini təhrif etdiyini açıqlayıb.

Ukraynanın parçalanması üçün plan hazırlanır? Kelloqun iddiaları gerçəkləşdirilə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində Kelloq sonradan dediklərini təkzib etdi və düzgün başa düşülmədiyini vurğuladı:

“O, fikrinin mümkün atəşkəsdən sonra əraziyə sülhməramlıların yerləşdirilməsi konteksinə aid olduğunu qeyd etdi. Bu barədə danışmaq üçün hələ tezdir. Atəşkəslə bağlı müzakirələrin getməsinə və ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə nəticə əldə olunmasını deməsinə baxmayaraq, hələ də döyüşlər davam edir. Rusiya və Ukrayna asanlıqla razılığa gələnə oxşamırlar. Üstəlik, Avropanın kəskin mövqeyini də nəzərə almaq lazımdır. Məhz Avropanın dəstəyi ilə müharibə daha da genişlənə bilər. Yəni sülhməramlılar və onların təsir zonası barədə danışmaq hələ tezdir.


Kənan Novruzov

İkinci bir tərəfdən, Ukraynanın parçalanması ehtimalı həqiqətən də var. Onsuz da, Ukrayna Krımın ilhaqı ilə bir dəfə parçalanıb. Prosesin davamı mümkündür. Prezidenti Volodimir Zelenski obrazlı dillə desək, Kiyev “yaranın yayılmasının qarşısını almaq üçün” buna razı ola bilər.

Onun müqabilində Vaşinqtonun Kiyevə NATO-ya üzvlük vədi verməsi gözləniləndir. Amma Avropa buna razı olmayacaq. ABŞ-ın Ukraynanın parçalanması ilə bağlı planı Avropanın müqaviməti ilə qarşılaşacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri