Icma.az
close
up
RU
Ukraynaya kütləvi hücumun nəticələri FOTOREPORTAJ

Ukraynaya kütləvi hücumun nəticələri FOTOREPORTAJ

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynada gedən 3 illik müharibə yanvarın son həftəsində ən qanlı mərhələyə daxil olub. Uzun fasilədən sonra yenidən paytaxtı Kiyev daxil olmaqla Belarus və Rusiya ilə sərhəd Çernov, Sumı, Poltava və hətta cənubdan Odessa ən ağır raket və artilleriya ilə hücumlara məruz qalıb. Nəticədə Ukrayna infrastrukturu ağır zərbələr alıb, ölənlər və yaralananlar var.

Ukrayna Milli Polisinin rəsmisi Viktoriya Ponomaryova "Report"un Şərqi Avropa bürosuna hücumların nəticələri barədə məlumat verib:

"Yanvarın 31-də Rusiyanın gün ərzində hava hücumları nəticəsində müxtəlif şəhərlərdə 16 Ukrayna mülki vətəndaşı həlak olub, 73 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaralananlar arasında 3 uşaq da var. Yanvarın 30-na keçən gecə düşmənin pilotsuz uçan aparatının Sumı şəhərində çoxmərtəbəli binaya hücumu nəticəsində 9 nəfər həlak olub, uşaqlar da daxil olmaqla 13 nəfər yaralanıb.

Bundan başqa Donetsk vilayətində 3 nəfərin öldüyü və 26 nəfərin yaralandığı qeydə alınıb. Yanvarın 31-də Rusiya yenidən Çerniqova minaatanlardan hücuma keçib. Fərdi evin atəşə tutulması nəticəsində yerli sakin xəsarət alıb.

Xersona hücum nəticəsində isə 4 nəfər ölüb, 22 nəfər yaralanıb. Son 3 gündə Kiyev, Çerniqov, Sumı, Zaporojya, Xerson, Xarkov, Odessa və Donetsk vilayətlərində hava hücumları davam edib.

Polis, xilasedicilər və həkimlər dayanmadan işləyir".

Məlumata görə, bütün faktlarla bağlı Ukrayna Cinayət Məcəlləsinin hərbi cinayət olan 438-ci maddəsi ilə araşdırma aparılır. Gündüz saatlarında daha ağır hücumun olduğu Poltava vilayətinin Dövlət Fövqəladə Hallar Xidməti rəsmisi Svetlana Natalenko son durumu açıqlayaraq bildirib ki, 5 mərtəbəli yaşayış binası tamam dağılıb: "Hələki 4 nəfərin cəsədi tapılıb. Hadisə nəticəsində 2-si kiçik uşaq olmaqla 10 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidməti həmin evin 21 sakinini xilas edib.

Hazırda xilasetmə işlərində 119 nəfər və 30-dan çox texnika, o cümlədən ağır texnika, əlavə olaraq psixoloqlar, milli qvardiya, şəhər xidmətləri, kommunal xidmətlər və könüllülər çalışır.

İşlər davam edir, dağıntılar altında daha çox insan ola bilər, neçə nəfər olduğunu hələ deyə bilmərik. Bu, bir neçə gün davam edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://report.az
archiveBu xəbər 01 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri