Ukraynaya oxumağa getmişdi, evə tabutu gəldi VİDEO
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, o, gələcəyini dənizçilik sahəsində qurmaq istəyirdi.
Bu məqsədlə Ukraynada təhsil alırdı. Lakin Odessa şəhərində yaşayış binasına edilən dron hücumu onun həyatını yarımçıq qoydu.
Hadisə zamanı yaşayış binasına düşən dron nəticəsində Əli ağır yanıq xəsarətləri alıb. O, altı gün ərzində həyat uğrunda mübarizə aparsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin baş verdiyi evdən yalnız yanmış və qaralmış divarlar qalıb. Əlinin ailəsi isə övlad itkisinin ağrısını yaşayır. Yaxınlarının sözlərinə görə, o, ailənin ən çox ümid bəslədiyi, sevilən övladlarından biri olub.
Ailə üzvlərinin dediyinə görə, Əli orta məktəb illərindən gəmi kapitanı olmağı qarşısına məqsəd qoymuşdu. Məhz bu arzu onu Ukraynaya aparmışdı. Təhsilinin bir hissəsini onlayn davam etdirən gənc müəyyən müddət ölkədə qalmalı olduğundan Ukraynaya yollanmışdı.
Dron hücumundan sonra Əli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Anası onunla son telefon danışığını da göz yaşları ilə xatırlayır:
"Son dəfə səsini eşitdim. Ağlayaraq dedi ki, "Mama, mən yandım". Mən də ona hər şeyin yaxşı olacağını dedim".
Vəziyyəti ağırlaşan Ə.Mehtiyev sonradan Lvov şəhərindəki xəstəxanaya köçürülsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ailəsinin sözlərinə görə, dron hücumu nəticəsində yaranan yanğın zamanı yayılan zəhərli maddələr onun qnına keçib.
Beləliklə, gəmi kapitanı olmaq arzusu ilə Ukraynaya yollanan 19 yaşlı Əli Mehtiyev vətənə qayıtsa da, bu dönüş onun ailəsinin arzuladığı kimi olmayıb.
Bu gün ailə evində Əlidən geriyə yalnız xatirələr, fotolar və yarımçıq qalan arzular qalıb.
Daha ətraflı İTV-nin süjetində:
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Sentyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















