Icma.az
close
up
RU
Ukraynaya qarşı “Erməni batalyonu” yaradan Sarkisyan Moskvada öldürüldü (VİDEO)

Ukraynaya qarşı “Erməni batalyonu” yaradan Sarkisyan Moskvada öldürüldü (VİDEO)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Moskvanın "Alıe Parusa" yaşayış kompleksində partlayış baş verib, nəticədə bir şəxs həlak olub, bir neçə nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, partlayışın nəticəsində ağır yaralanan Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, hadisə yerində ölüb. O, Maydan hadisələrində "titusşalar"ın təşkilatçısı və Ukraynaya qarşı müharibədə "Erməni batalyonu"nun yaradıcılarından biri kimi tanınır. Məlumatlara görə, o, reanimasiyada ikən həyatını itirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Radio Svoboda, İnterfaks, Kommersant, rusiya təbliğatçı Telegram kanalları Baza, Mash, Shot yazıb.

Rusiyanın Telegram kanalları, "Alıe Parusa"nın binasından olduğu iddia edilən görüntüləri yayıb. Görüntülərdə binanın girişində qırıq şüşələr olduğu və yerə yıxılmış bir şəxsin yardım aldığı görünür. Baza Telegram kanalı, partlayış nəticəsində bir nəfərin öldüyünü, azı beş nəfərin yaralandığını bildirib. TASS da operativ xidmətlərə istinadən bir ölünün olduğunu təsdiq edib.

Telegram kanalları, partlayışın səbəbinin partlayıcı qurğunun və ya qumbaranın partlaması olduğunu qeyd edir. Mash və Shot kanalları, Sarkisyanın reanimasiyada öldüyünü, səbəb kimi ürək nahiyəsinə daxil olan şüşə yarasını göstərirlər.

2024-cü ilin dekabrında Armen Sarkisyan Donetsk məhbuslarını Ukraynaya qarşı müharibəyə cəlb etməsi ilə bağlı şübhəli şəxs olaraq bildirilib. Məlumatlara görə, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin müvəqqəti işğalı altında olan ərazilərdə o, qanunsuz silahlı qrupların yaradılmasına kömək edib.

Fransa tərəfindən saxlanılan Armen "Qorlovski" Sarkisyan haqqında bilgilər.

Qeyd: Donetskdəki işğal altındakı Qorlovka şəhərinin 44 yaşlı sakini Armen Sarkisyan 2014-cü ildən "Maydan"ın təxribatlarının təşkilatçısı olaraq axtarışdadır. Tədqiqatçılara görə, 2014-cü ilin fevralında, sabiq daxili işlər naziri Vitali Zaxarçenko və biznes tərəfdaşları adına fəaliyyət göstərərək, o, Yuri Krısına "ictimai asayişi qorumaq" üçün 200-300 nəfər adam tapmaq tapşırığı verib. Bu, jurnalist Vyaçeslav Veremiyanın öldürülməsinə səbəb olub. 

Krısın 20 min dollar alaraq "hökumət bölgəsini qorumaq" üçün tapşırıq alıb, qalan pulu isə özünə saxlayıb. Ukrayna məhkəməsi Krısını 5 il müddətinə həbs cəzasına məhkum edib. Sonradan o, Maydan aktivistlərinin işgəncələrini təşkil etdiyi üçün ikinci dəfə həbs olunub. 

2019-cu ildə Krısın, Sarkisyanın adını ifadələrindən çıxarmağa cəhd edib, yəni özünü maliyyə mübahisəsi üzündən Sarkisyanı "gözə soxmuş" kimi göstərməyə çalışıb.

Sarkisyan Yanukoviç dövründə Qorlovkada tanınmış kriminal lider olub, "Armen Qorlovski" adı ilə məşhurlaşıb və "Regionlar Partiyası"ndan keçmiş deputat Yuri İvanyuşenkonun yaxın adamı olub. 2019-cu ildə isə İvanyuşenko ilə bağlı axtarış dayandırılıb. Sarkisyan Qorlovkada bütün biznesi idarə edən kölgə rəhbəri kimi tanınır, burada öz kafe və boks klublarını təşkil edir. QUR-a görə, 2024-cü ildən o, Ukraynanın işğal olunan ərazilərində mal-qara oğurluğu və biznesləri zorla ələ keçirməklə məşğuldur. 

2018-ci ildə Ukrayna hüquq-mühafizə orqanları Sarkisyanın Fransada saxlanıldığı bildirmişdi, lakin sonra bu məlumatın səhv olduğu bildirildi. O, özünün Rusiyada olduğunu açıqladı. 

Sarkisyanın Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın tərəfdaşı, Rusiya Dövlət Duması deputatı Adam Delimxanov ilə birgə çəkilmiş fotoları da yayılıb.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Fevral 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri