Ukraynaya qoşun göndərəcəyinə söz verdi
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem yeni hökumətin Kiyev qarşısındakı bütün öhdəlikləri, o cümlədən münaqişə başa çatdıqdan sonra Ukraynaya hərbi kontingent göndərilməsini icra edəcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, onun çıxışı “Sky News” telekanalı vasitəsilə canlı yayımlanıb.
“Atəşkəs qüvvəyə mindikdə, Ukraynanın uzunmüddətli təhlükəsizliyini möhkəmləndirmək üçün çoxmillətli qüvvələri yerləşdirməyə hazır olacağıq. London yeni radioelektron mübarizə (REB) sistemi olan “Stone Cloak”un əqli mülkiyyət hüquqlarını Kiyevə təhvil verəcək”, – deyə Bernem vurğulayıb.
Xatırladaq ki, iyulun 27-də Ukrayna Prezidenti Volodimir Zelenski Portsmutda “Queen Elizabeth” təyyarədaşıyan gəmisində Bernem ilə görüşüb. Ukrayna lideri yeni Baş nazirin ilk xarici qonağı olub. Onlar hərbi dəniz bazasına baş çəkib, Britaniyada təlim keçən ukraynalı hərbçilərlə görüşüb və ikitərəfli danışıqlar aparıblar. Zelenski də öz növbəsində dronların qorunması üçün REB texnologiyalarının təmin edilməsinə görə Bernemə təşəkkür edib və onu Ukraynaya dəvət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 İyul 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















