Icma.az
close
up
RU
“UKRAYNAYA SİLAH VƏ TƏMİNAT VERİLMƏLİDİR” Rusiyanın keçmiş XİN başçısı

“UKRAYNAYA SİLAH VƏ TƏMİNAT VERİLMƏLİDİR” Rusiyanın keçmiş XİN başçısı

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Donald Trampın elçiləri Stiven Uitkoff və Cared Kuşneri qəbul edən Vladimir Putin onlarla görüşdən əvvəl və sonra verdiyi açıqlamalarla Ukraynadakı müharibəni bitirmək fikrində olmadığını açıq şəkildə büruzə verdi. Sülhə razılıq vermək əvəzinə Avropanı açıq şəkildə təhdid edən Putin bununla da, Tramp başda olmaqla, Qərb liderlərinin zəifliyindən, qətiyyətsizliyindən məharətlə istifadə və blef etdiyini göstərdi...

“AzPolitika” xəbər verir ki, Rusiyanın sabiq Xarici İşlər naziri, hazırda ABŞ-də yaşayan tanınmış diplomat Andrey Kozırev bu mövzuda “Dojd” kanalına maraqlı açıqlamalar verib. Kozırev deyib ki, Putinlə Uitkoff arasında keçirilən danışıqlar “danışıqlar yox, söhbətlərdir”: “Putin Qərbi, təəssüf ki, hətta Amerikanı da ələ salmaqdan həzz alır. O, kimi istəsə qəbul edir, kimi istəsə qəbul etmir. O, düşünür ki, hamı gəlib onun qarşısında Uitkoff kimi baş əyir. O isə pis bildiyi Ukraynanın və Rusiyanın tarixindən “mühazirə oxuyur”. Amma vacib olan bu deyil. Əsas odur ki, bütün bunlar diplomatik sirkdir. Bunlar diplomatik danışıqlar yox, diplomatik sirkdir! Ona görə də mən anlayıram ki, ABŞ Dövlət katibi Marko Rubio bu sirkdə iştirak etməkdən yayınır. Lakin o, dünən Moskvadakı mənasız danışıqlardan sonra maraqlı açıqlama verdi. Dedi ki, Rusiyanın istədiyi, lakin Ukraynanın vermək istəmədiyi kiçik bir ərazi, baxmayaraq ki, bu ərazi kiçik deyil və Ukraynanın təhlükəsizlik zəmanəti məsələsi qalıb. Onun fikrincə, əsas şeylər bunlardır və sadəcə, bunları həll etmək lazımdır. Hər halda, bu məsələdə onunla razılaşa bilərəm. Əlbəttə, son söz Kiyevindir. Amma bu formulu – yalnız kiçik ərazi və təhlükəsizlik təminatı qalıb – formulunu götürsək, onda doğrudur. O zaman bir də qalır ABŞ-nin və ABŞ Prezidentinin bütün əzəmətinin istifadə edilməsi. O mənada ki, ABŞ öz gücündən istifadə edərək, Putinin bu əraziləri güclə işğal etməsinin qarşısını almalı və işğalçının mükafatlandırılmasında qətiyyən iştirak etməməlidir.

İkincisi isə heç kimlə danışıq aparmadan, heç kimdən soruşmadan Ukraynaya təhlükəsizlik təminatı verməsidir. Əlbəttə ki, bu təminat Budapeşt memorandumu kimi boş vədlərdən yox, ABŞ Konqresi tərəfindən təsdiqlənən əsl təminat olmalıdır. Çünki sabah ABŞ-nin yeni prezidenti Budapeşt memorandumundakı kimi, bütün vədlərdən imtina edə bilməsin”.

Kozırev deyib ki, Putini güc yolu ilə işğaldan çəkindirmədən və Ukraynaya ciddi, qanunla təsdiqlənən təhlükəsizlik təminatı verilmədən heç bir irəliləyiş olmayacaq: “Putinin istədiyi ərazi və şəhərlər faktiki möhkəmləndirilmiş müdafiə qalasıdır. Bu ərazi Ukraynanın qalan hissəsini işğaldan qoruyan əsas platsdarmdır. Oradan Putinin hər tərəfə yolu açılacaq. Ukraynanın oranı verməsi intihara bərabərdir. Onun döyüşsüz təslim edilməsi Putinin birbaşa mükafatlandırılması olar. Bunun Amerikanın əli ilə edilməsi isə fəlakət deməkdir. ABŞ təəssüf ki, öz əzəmətindən istifadə etmir. “Tomoqavk”-lar da daxil olmaqla, ABŞ-nin çoxlu sayda güclü silahları var ki, Ukrayna onların istifadəsini qısa müddətdə mənimsəyə bilər. O zaman Putin bununla hesablaşmalı olacaq. O, görəndə ki, Ukrayna ABŞ-nin, eləcə də Almaniyanın, Fransanın indiyə qədər vermədiyi güclü silahlarla təchiz olunaraq, ərazisini təhvil vermək fikrində deyil, o zaman bununla hesablaşacaq. Putinə qarşı işləyən alət məhz budur. İkinci alət isə təhlükəsizlik təminatıdır ki, bunun üçün heç NATO da lazım deyil. ABŞ-nin heç kimlə hesablaşmadan verəcəyi real təminat kifayətdir. Tramp bu təminatı verə və Konqresin hər iki palatasından rahatlıqla keçirə bilər. O zaman Putin bu təminatların əleyhinə gedə bilməyəcək. Bunu pozmaq ABŞ ilə birbaşa müharibə olacaq və buna heç kim, o cümlədən də Putin getməyəcək. Vəssalam.

Beləliklə, Ukraynaya silah və təminat vermək lazımdır. ABŞ buna qadirdir və hər şey onun qərarından asılıdır. Bu mənada Tramp haqlıdır ki, onun sələfləri vədlərdən o yana getməyiblər. O isə özü dediyi kimi güclüdürsə, buna gedə bilər. Mən də buna inanmaq istəyirəm. Özü də dediyi kimi, bütün kozırlar onun əlindədir. Konqresin hər iki palatası onun nəzarətindədir. Yox, əgər ABŞ bundan imtina edirsə, bu artıq başqa söhbətdir. Deməli, qalır yalnız Ukraynanın dəmir iradəsi və özünün, öz ordusunun verdiyi yeganə təhlükəsizlik təminatı..”

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri