Icma.az
close
up
RU
Ukraynaya “Tomahawk” raketləri: “ABŞ və Rusiyanın strateji qarşıdurması

Ukraynaya “Tomahawk” raketləri: “ABŞ və Rusiyanın strateji qarşıdurması

Icma.az bildirir, Gununsesi portalına istinadən.

ABŞ-nin Ukraynaya “Tomahawk” raketlərini verib-verməməsi ətrafında müzakirələr səngimək bilmir.
ABŞ tərəfi bildirir ki, ABŞ-nin bu raketlərlə bağlı heç bir çatışmazlığı yoxdur. O əlavə edib ki, Vaşinqton avropalı müttəfiqlərinə digər uzaqmənzilli silahlar almağa və onları Ukraynaya tədarük etməyə icazə verə bilər.

Putin isə bu barədə deyib:
“Əgər ABŞ bu silahı verərsə, bu ABŞ-la münasibətlərə köklü şəkildə təsir edəcək və yeni bir eskalasiya mərhələsi olacaq”.

Maraqlıdır, Putin “Tomahawk” raketlərinin Ukraynaya verilməsi ilə bağlı xəbərdarlıqla nəyi hədəfləyir — sadəcə diplomatik gərginliyi artırmaq, yoxsa əməli addımlar atmağı planlayır?

Əslində, Putin “Tomahawk” raketləri məsələsində ABŞ-ni xəbərdar etməklə, bir növ diplomatik təzyiq göstərməyə çalışır. Bu, həmçinin beynəlxalq səviyyədə Rusiyanın mövqeyini gücləndirmək və dünyaya Rusiyanın təhlükəsizlik narahatlıqlarını çatdırmaq üçün bir vasitədir. Dəqiq desək, Rusiya bunu milli təhlükəsizliyinə ciddi bir təhdid olaraq göstərmək niyyətindədir.

Putinin “yeni keyfiyyətli eskalasiya mərhələsi” ifadəsi çox açıq şəkildə hərbi, strateji və nüvə-diplomatik təhdidlərə işarə edə bilər. Bunu müxtəlif perspektivlərdən şərh etmək olar. Məsələn, “Hərbi Eskalasiya”.

“Tomahawk” raketləri yüksək dəqiqlikli kəşfiyyat və zərbə sistemləridir. Bu raketlərin Ukraynaya verilməsi Rusiyanın strateji obyektlərinə daha da çox yaxınlaşma, potensial olaraq həm Rusiya ərazisindəki hərbi infrastruktura zərbələr endirmək, həm də Ukraynada Rusiya mövqelərinə effektiv hücumlar həyata keçirmək imkanı yarada bilər. Putn isə bu vəziyyətin Rusiyanın öz ərazilərində hərbi fəaliyyətlərini gücləndirə biləcəyini vurğulamaqla, hərbi qarşıdurmanın daha da kəskinləşəcəyini göstərmək istəyir.

Ümumiyyətlə, sözügedən xəbərdarlıq strateji xəbərdarlıqdır hazırda. Putin bütün mümkün vasitələrlə Qərbin təzyiqindən yayınmaq niyyətindədir. Əgər ABŞ və NATO bu təhdidlərə qarşı laqeyd qalarsa, vəziyyətin daha da pisləşməsi ehtimalı var. Bu da yalnız regional deyil, qlobal təhlükəsizlik üçün böyük bir risk yarada bilər.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri