Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılıq əldə olunub
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Arzuedənlər koalisiyası" ölkələri Ukraynaya uzaqmənzilli raketlər tədarük etməyə hazır olduqlarını təsdiqləyib.
"Report" Britaniya hökumətinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer sentyabrın 4-də koalisiyanın Parisdə keçirilən iclasında bildirib.
O, iclasa videokonfrans formatında qatılıb.
"Arzuedənlər koalisiyası"nın son hərbi planlarının müzakirəsi zamanı baş nazir qeyd edib ki, qrup ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ukraynaya sarsılmaz dəstək öhdəliyi götürüb və indi Putinə (Rusiya Prezidenti Vladimir Putinə - red.) təzyiq göstərmək və döyüş əməliyyatlarının dayandırılmasını təmin etmək üçün daha qətiyyətli addımlar atmaq lazımdır", - hökumətin məlumatında qeyd olunub.
Bundan başqa, K.Starmer koalisiya tərəfdaşlarının Ukraynaya uzaqmənzilli raket tədarükü ilə bağlı bəyanatlarını da alqışlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Sentyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















