Icma.az
close
up
RU
Ukraynaya yardımla bağlı qalmaqalın iştirakçısı, Trampın boz kardinal ı kimdir?

Ukraynaya yardımla bağlı qalmaqalın iştirakçısı, Trampın boz kardinal ı kimdir?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətindən 100 gün ötdü və bu müddət ərzində dünya bir çox qalmaqallı hadisələrin, addımların, qərarların şahidi oldu. Ukrayna-Rusiya münaqişəsi həllini tapmayıb, əvəzində ABŞ-nin Avropa İttifaqı (Aİ) ölkələri ilə münasibətləri pisləşib. Digər qalmaqallı hadisə Kanadanın, Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi bəyanatı, Panama kanalına nəzarət olub. Sözsüz ki, Trampın ötən müddətdə atdığı addımlar arasında dünya ölkələrinin mütləq əksəriyyətinə qarşı tətbiq etdiyi gömrük rüsumları mühüm yer tutur. Ağ Ev 150-dən artıq ölkəyə, əsasən də Çin və Aİ-yə qarşı rüsum tətbiq edib. Sonuncu təşəbbüsün müəllifinin kim olması barədə çoxdan idi ki, müzakirə gedirdi. Bəlli olub ki, bu şəxs ABŞ İnzibati-Büdcə İdarəsinin (OMB) rəhbəri Rassel Voutdur. Onu daha çox Tramp komandasının "boz kardinal"ı kimi qələmə verirlər.

"Bloomberg" Ağ Evdəki mənbələrinə istinadən yazır ki, Vout hökumətdə Trampdan sonra ən nüfuzlu şəxsdir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Vout kimdir?

Rassel Vout 26 mart 1976-cı ildə ABŞ Dəniz Piyadaları Korpusunun veteranı Terlou Vout və ibtidai məktəb müəllimi Marqaret Flauers Voutun ailəsində anadan olub. Ailədə yeddi uşağın olduğu və onun çox sadə şəraitdə böyüdüyü məlumdur. Voutun sözlərinə görə, din ona böyük təsir göstərib - anası onu xristian yay düşərgələrinə aparıb, o, özəl protestant məktəbində təhsil alıb. Uiton evangelist kollecində bakalavr dərəcəsi, daha sonra isə Corc Vaşinqton Universitetində hüquq doktoru dərəcəsi əldə edib. Gələcək OMB rəhbərinin özünün dediyinə görə, dini tərbiyə onun baxışlarına və Trampa dəstəyinə böyük təsir göstərib. "Bloomberg" də qeyd edib ki, bu, ona 1999-cu ildə Texas ştatından senator Fil Qremmin köməkçisi kimi başladığı siyasi karyerasını qurmağa imkan verən intizam aşılayıb. O, Qremmdən vergilərin və dövlət xərclərinin azaldılması zərurəti ilə bağlı ideyaları miras alıb. 2010-cu ildə o, ABŞ Respublikaçılar Partiyası ilə əlaqəli "Heritage Foundation" analitik mərkəzinin lobbi bölməsi olan "Heritage Action"un vitse-prezidenti vəzifəsini tutub. 2016-cı ildə isə artıq o zaman dövlət başçısı vəzifəsinə seçilən Trampın ətrafına daxil olub.

Ukraynaya yardımla bağlı qalmaqalın iştirakçısı

2016-cı il seçki kampaniyası zamanı Vout ali təhsil aldığı Uiton kollecində böyük qalmaqalın iştirakçısına çevrilib. Universitetin rəhbərliyi xristianların və müsəlmanların "eyni Allaha sitayiş etdiyini" bəyan edən ilk qaradərili professor Larisiya Hokinsi işdən çıxarmaq istəyib. Gələcək OMB rəhbəri müsəlmanların "Allahı tanımadığını" iddia edən esse yazaraq Hokinsin istefasına nail olub. Daha sonra senator Berni Sanders Voutun büdcə idarəsindəki namizədliyinə qarşı səs verməyə çağıraraq, bu hadisəni ona qarşı hücum üçün bəhanə kimi istifadə edib. 2017-ci ildə Vout OMB-nin direktor müavini vəzifəsini alıb və burada özünü Trampa son dərəcə sadiq insan kimi göstərib. 2018-ci ildə Vout hüquqi boşluqdan istifadə edərək Pentaqonun istifadə olunmamış büdcəsi hesabına Trampa 3 milyard dollardan çox pul tapıb. Eyni zamanda o, Konqres tərəfindən Kiyevə hərbi yardım üçün ayrılmış pulları bloklamışdı. Bunun səbəbi Ukrayna Prezidenti Volodimir Zelenskinin Co Baydenin oğlu Hanter Baydenin korrupsiya sxemlərinə qarşı istintaqa başlamaq istəməməsi olub. Bu hadisə daha sonra demokratların Trampa qarşı irəli sürdüyü ilk impiçment üçün səbəb oldu. Qalmaqallar zamanı sədaqətinə görə Vout 2020-ci ildə vəzifədə yüksəlib və İnzibati-Büdcə İdarəsinin tam hüquqlu direktoru olub. OMB rəhbərinin Kiyevə pul verilməsinə ehtiyatlı münasibəti Trampın ikinci müddətində də özünü göstərib.

Onu həm də "memar" adlandırırlar

6 yanvar 2021-ci ildə Trampın Ağ Evdən getməsindən sonra Vout onun qayıtması uğrunda mübarizəyə başlayıb. Həmin il o, Amerikanın Yenilənməsi Mərkəzini (CRA) təsis edib. Bu məqsədlə "The Heritage Foundation" ilə birlikdə "2025 layihəsi"ni hazırlayıb. Mətn Trampın hipotetik ikinci müddəti zamanı strategiyanı, o cümlədən yeni administrasiyada konkret tədbirləri və təyinatları təqdim edir. Trampın Ağ Evə qayıtmasından sonra Vout yenidən İnzibati-Büdcə İdarəsinin direktoru vəzifəsini alıb. "Time" jurnalının məlumatına görə, məhz o, ikinci prezidentlik müddətinin bütün strukturunu qurub. Buna görə də qeyri-rəsmi olaraq "Memar" ləqəbini alıb.

Qeyd olunur ki, Kolumbiya dairəsində federal hökumətin idarə edilməsi prosesini və rəqəmləri Voutdan daha yaxşı bilən yoxdur.

O, dövlət vəsaitlərinin xərclənməsinin əsas prioritetlərini müəyyənləşdirir və onların axınlarına nəzarət edir. Voutun rolu çox vaxt ictimaiyyətin diqqətindən kənarda qalır, lakin prezidentin məqsədlərinin həyata keçirilməsində əsas səlahiyyətə malikdir. İnzibati-Büdcə İdarəsi Ağ Evin sinir mərkəzi kimi çıxış edir, onun büdcəsini, siyasi prioritetlərini hazırlayır.

Vout-Mask ittifaqı

Vout beynəlxalq məsələlərdə də fərqlənib. Xüsusilə, Qrenlandiyanın ABŞ-yə birləşdirilməsini "ağıllı" adlandıraraq, qalan dünyaya qarşı ticarət müharibəsinin başlanmasını dəstəkləyib.

"Politico" jurnalının məlumatına görə, Vout birbaşa milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Dövlət Səmərəliliyi Departamenti (DOGE) ilə əlaqəlidir. Məhz CRA Mask üçün bürokratik aparatın azaldılması strategiyasını hazırlayıb. "Bloomberg" agentliyi dəqiqləşdirir ki, Vout və Maskın qeyri-rəsmi ittifaqı məmur aparatının azaldılması və bir sıra federal agentliklərin ləğv edilməsinə imkan verib. OMB rəhbərinin məmurları işdən çıxarmaq üçün qətiyyətli əhval-ruhiyyəsi bir çox qurumların əməkdaşlarını qorxu içində saxlayır ki, bu da onun məqsədyönlü strategiyasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see466

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see302

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see190

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see186

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see137

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri