Ukraynayla bağlı görüşdə QALMAQAL
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Parisdə Ukrayna ilə bağlı bir sıra Avropa dövlətlərinin nümayəndələrinin iştirakı ilə görüş, o cümlədən ora sülhməramlıların göndərilməsi ilə bağlı konsensusa nail olmaq məqsədilə keçirilən fövqəladə toplantı kəskin ziddiyyətlərlə yadda qalıb.
“Cebheinfo.az” bu barədə “Financial Times”-ə (FT) istinadən bildirir.
Nəşrin yazdığına görə, Avropa ölkələri arasında Ukraynaya qoşun göndərilməsi ilə bağlı böhranlı görüşdə münaqişə yaranıb. Belə ki, Almaniya, İtaliya, Polşa və İspaniya fevralın 17-də Britaniyanın Avropa qüvvələrinin orada yerləşdirilə biləcəyini təklif etməsindən bir neçə saat sonra Ukraynaya sülhməramlı qüvvələr göndərmək istəmədiklərini elan ediblər.
Rəsmilərin sözlərinə görə, Fransa gələcək təmas xəttinin arxasında öz silahlı qüvvələrinin yerləşdirilməsi təklifini irəli sürüb. Bununla belə, Almaniya kansleri Olaf Şolts Paris görüşündən sonra münaqişənin hələ də davam etdiyini nəzərə alaraq qoşunların yerləşdirilməsinin müzakirəsini “son dərəcə yersiz” adlandırıb: "Bu cür müzakirələr tamamilə tezdir və indi onlar üçün uyğun vaxt deyil". O, bu cür müzakirələrdən qıcıqlandığını deyib və onları "yanlış zamanda və yanlış mövzuda anlaşılmaz mübahisə" adlandırıb.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Fevral 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















