Ulduz aktyor məşhur aktrisanı rüsvay etməyə hazırlaşır
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hollivudun ulduz aktyoru Bred Pitt sirrini gizlədə bilməyib. Aktyor məşhur aktrisa Ancelina Colidən boşandıqdan sonra planlarını açıqlayıb.
Reyting.az-ın məlumatına görə, Bred Pitt bildirib ki, artıq ona da növbə çatıb və keçmiş ər kimi aktrisa Ancelina Colidən boşanması barədə bütün həqiqətləri açıq deməyə hazırdır.
"Life&Style" nəşri xəbər verir ki, Bred Pitt hər hansı kişi həmkarı ilə dava salmaq və yaxud da kimdənsə qisas almaq istəmir. Lakin jurnalistlər üçün daha bir etibarlı mənbənin sözlərinə görə, Bred yaxın olduğu şəxslərə deyib ki, boşanma yekunlaşdıqdan sonra öz nöqteyi-nəzərini açıqlayacaq, çünki bunun vaxtı yetişəcək.
Mənbənin sözlərinə görə, Bred Pitt hətta bir neçə müsahibə də verə bilər. Müşahidəçilər bunu belə izah edirlər ki, ulduz aktyora keçmiş arvadının "örtüklü tikan"-lar düzəltməsi və fırıldaqçılıqla məşğul olması qətiyyən xoş gəlmir, xüsusilə də onun Ancelina Coli haqqında heç bir qadına yaraşmayan "dəhşətli" sirləri var. Pitt əslində həm də Coliyə mesaj verib ki, bu sirlərin açılması uşaqların ona münasibətini dəyişə bilər.
Bred Pitt qeyd edib ki, Ancelina Colinin rüsvay olmağını istəmir, amma Hollivudun ulduz aktrisası onu bu addımı atmağa məcbur edə bilər.
Pittin fikrincə, Coli uşaqlarla ünsiyyətinə nəzarət edir, onların diqqətini tamamilə özünə çəkməyə və övladlarla bu məşhur ata arasında soyuqluq yaratmağa çalışır. Məhz elə buna görə də, B. Pitt ümumi vəziyyətə tam aydınlıq gətirmək istəyir.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:Məşhur balerina Rusiyanı tərk etməyə hazırlaşır
07 Yanvar 2025 08:25
Məşhur ulduz həbs edilib
26 Noyabr 2024 13:16
Məşhur ulduz aktrisalığı tərk etdi
16 Aprel 2025 13:48
Məşhur ulduz ayrılığın səbəbini açıqladı
16 Dekabr 2024 14:38
Məşhur aktrisanı bir də belə görün Fotosessiya
08 İyul 2025 15:52
Baxış sayı:72
Bu xəbər 23 Yanvar 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















