Icma.az
close
up
RU
Ulduz aktyorlar 30 ildən sonra filmin davamına çəkiləcəklər

Ulduz aktyorlar 30 ildən sonra filmin davamına çəkiləcəklər

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Döyüş” filmdən foto
Hollivudun ulduz aktyorları Al Paçino ilə Robert De Nironun baş rollarda çəkildiyi məşhur "Döyüş" filminin 30 ildən sonra davamı çəkiləcək.
Reyting.az
xəbər verir ki, bu barədə "Deadline" nəşri yazıb.
Bildirilir ki, 1995-ci ildə çəkilmiş, Al Paçino ilə Robert De Nironun baş rolları bölüşdükləri və öz dövrünün ən baxımlı filmlərindən biri kimi Amerika kino tarixinin siyahısına düşmüş "Döyüş" kriminal dramının uzun illərdən sonra tammetrajlı bir film kimi davamının çəkiləcəyini studiya da təsdiqləyib. Lakin hələ ki, nə kino ulduzu Paçinonun, nə də De Nironun baş rola çəkiləcəkləri barədə dəqiq məlumat yoxdur.

Hollivud insayderləri bildirir ki, rejissor Mannın tamamilə arxayın görünməsi uğurlu danışıqlardan xəbər verir. Belə bir təəssürat yaranır ki, Mann artıq Robert De Nironun, eləcə də Al Paçinonun razılığını alıb, çünki onların bu yeni davam filmində digər aktyorlarla əvəzlənməsi ekran əsərinə marağı azalda bilər.
Filmin rejissoru Maykl Mann bəyan edib ki, filmin ikinci hissəsinin ssenarisi üzərində işləri başa çatdırıb və artıq ilk layihəsini "Warner Bros" kino şirkətinə təhvil verib. Rejissor həmçinin qeyd edib ki, ilk dəfə 1995-ci ildə nümayiş etdirilmiş və orijinal süjetə malik olan bu "Döyüş" filminin tam yaradıcı heyəti bunun çox maraqlı, eləcə də yeni süjetin üzərində qurulacaq layihə olacağını bildiriblər. Lakin rejissor Mann deyib ki, hələlik süjetin təfərrüatlarını paylaşmayacaq.
Film rejissor Maykl Mannın karyerasında tammetrajlı beşinci film olacaq. "Döyüş" kriminal filmi barədə "Deadline" nəşrinin məlumatında qeyd olunur ki, bu film indiyədək öz janrına görə ən uğurlu və ən baxımlı ekran əsərlərindən biri hesab edilir.
Süjet Los-Ancelesin kriminal rəhbəri Nil Makkoli (Robert De Niro) ilə peşəkar, çox cəsarətli biri kimi tanınan şəhər polisinin leytenantı Vinsent Hannanın (Al Paçino) qarşıdurmasından bəhs edir.

Kinorejissor Maykl Mann bu filmin ssenarisini XX əsrdə, yəni 1964-cü ildə baş vermiş gerçək kriminal hekayətdən götürüb. Həmin ildə Çikaqo detektivi Çak Adamsonun izlədiyi təhlükəli, ələkeçməz sayılan cinayətkar Nil Makkolinin arasında səs-küy yaradan hadisələr baş verib. Rejissor Mann isə bu iki şəxsin real həyat tərcümeyi-halını və baş verənləri ətraflı öyrəndikdən sonra "Döyüş"-ün ssenarisini qələmə alıb.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri