Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Ulduz aktyorun xanımına qadağa tətbiq oluna bilər

Ulduz aktyorun xanımına qadağa tətbiq oluna bilər

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Hollivud ulduzu, aktyor Corc Kluni həyat yoldaşından ayrı düşə və prezident Donald Trampın sərəncamı ilə Amal Kluninin ABŞ-a girişi qadağan oluna bilər. Məşhur amerikalı aktyor bununla bağlı narahatlığını ifadə edib. Çünki onun həyat yoldaşı Amal Kluni sanksiya təhlükəsi ilə üzləşib.
Reyting.az
xəbər verir ki, sanksiya təhlükəsinə səbəb Amal Kluninin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) işində qanuni iştirakı və HƏMAS-ın bir çox simalarının həbsinə səbəb olmasıdır.
"The Mirror" nəşri yazır ki, Amal Kluni bir müddət əvvəl Britaniya Xarici İşlər Nazirliyindən, onun Beynəlxalq Cinayət Məhkəməsinin işindəki iştirakının mümkün nəticələri ilə bağlı özəl xəbərdarlıq alıb. Ona xüsusi xəbərdarlıq edilib ki, xanım Kluni prezident Donald Trampın sərəncamı ilə ABŞ-nın tətbiq etdiyi sanksiyalara məruz qala bilər. Bu, İsrail-HƏMAS münaqişəsi ilə bağlı davam edən müharibə cinayətlərinin araşdırılması prosesində iştirak edən şəxslərin Amerikaya girişinə qadağa qoyulmasını nəzərdə tutur.
"O, sadəcə, öz peşəkar işini gördüyü üçün bu əmrin qurbanı ola bilər", - deyə "The Mirror" hüquqi mənbəyə istinadla yazır.
Üstəlik, həmin sərəncamda deyilir ki, məhkəmə əslində Amerikaya, onun yaxın müttəfiqi olan İsrailə qarşı qanunsuz və əsassız addımlar atıb.
D. Trampın fevral ayında imzaladığı sərəncam artıq Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq edən bir sıra vəkillərin səyahət qadağaları və aktivlərinin dondurulması ilə nəticələnib. Lakin bu iş üzrə prokuror müşaviri kimi çıxış edən zaman Amal Kluni bildirib ki, onun proseslərdə siyasi iştirakı yoxdur və o, ancaq beynəlxalq hüquq prinsiplərinə əsaslanıb.
"Bu, siyasi qərar deyildi - bu, tamamilə bir hüquq məsələsi idi. Mən isə qanunun aliliyinə və mülki şəxslərin müdafiəsinin zəruriliyinə inandığım üçün belə bir işdə iştirak etməli oldum", - deyə vəkil A. Kluni vurğulayıb.
Klunilər ailəsi əsasən Avropada yaşasalar da, bu cütlüyün ABŞ-da, Corc Kluninin aktyor kimi çıxış etdiyi Brodveydə böyük mülkləri var. Əgər sanksiyalar daha da sərtləşdirilərsə, A. Kluninin Amerikaya girişi qadağan edilə bilər.
47 yaşlı hüquq müdafiəçisi A. Kulini Livanda anadan olsa da, o, uşaqlıqdan Böyük Britaniyada yaşayır. A. Kluni soyqırım və siyasi təqib qurbanları ilə bağlı işlərdə çalışmaqla, dünyanın ən tanınmış hüquq müdafiəçilərindən birinə çevrilib. Üstəlik, vəkillik fəaliyyətinə görə, o, 2024-cü ildə ilin hüquqşünası mükafatına layiq görülüb.
Nəşr hətta bunun "qisas vaxtı" olduğunu da təxmin edir. Xatırlanır ki, C. Kluni bundan əvvəl, ABŞ hökumətini və prezident D. Trampı sərt şəkildə tənqid etmişdi. Kino ulduzu həssas bir mövzuya toxunmaqla, bildirmişdi ki, Amerikadakı hakimiyyət orqanları jurnalistləri alçaldır, onların hüquqlarını məhdudlaşdırmağa çalışır. O zaman Tramp aktyorun açıqlamasına dərhal cavab vermişdi. ABŞ prezidenti öz emosiyalarını cilovlaya bilməyib, onlayn paylaşımında C. Klunini "ikinci dərəcəli" adlandırmışdı.
Onu da qeyd edək ki, cütlük hələlik rəsmi açıqlama verməsə də, beynəlxalq səviyyədə tanınmış vəkil kimi A. Kluninin prezident D. Trampın sərəncamından sonra Amerika ərazisində yaşaması sual altındadır.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri