“Ulduz Cup”: ilk günün nəticələri
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq turnirində ilk günün nəticələri bəlli olub.
Futbolpress.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən açılış mərasimi iştirakçı komandaların paradı ilə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi Arif Nəbiyev və Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış ediblər. Açılış mərasimi rəqs nömrələri və “İdman səfiri” Xəyyam Orucovun nümunəvi çıxışları ilə davam edib.
Turnirin ilk günündə keçirilən oyunlarda “Sabah” (Azərbaycan) “Paxtakor”a (Özbəkistan) 0:1 hesabı ilə məğlub olub. “Neftçi” (Azərbaycan) “Şaxtyor Qaraqanda” (Qazaxıstan) ilə 1:1 hesablı heç-heçə edib. “Qarabağ” (Azərbaycan) “Dinamo Tbilisi”yə (Gürcüstan) 0:2 hesabı ilə uduzub.
“İstanbul Başakşəhər” (Türkiyə) isə “Bunyodkor”u (Özbəkistan) 2:0 hesabı ilə məğlub edib. Günün digər qarşılaşmalarında isə “Ulduz” FA (Azərbaycan) “Trabzonspor məktəbi”nə (Türkiyə) 0:2, “Aspire Akademiyası” (Qətər) isə “Sduşorsi”yə (Qırğızıstan) 0:2 hesabı ilə uduzub.
Turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. A qrupunda “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər), B qrupunda “Qarabağ” (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” (Türkiyə), “Bunyodkor” (Özbəkistan), C qrupunda “Sabah” (Azərbaycan), “Paxtakor” (Özbəkistan), “Neftçi” (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan) qüvvəsini sınayır.
Qeyd edək ki, turnirin final görüşü avqustun 28-də baş tutacaq.
Baxış sayı:105
Bu xəbər 02 Sentyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















