Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? FOTOLAR
Publika.az saytına istinadən Icma.az xəbər verir.
"Mançester Yunayted"in cinah oyunçusu Markus Reşford ən yaxşı formasına qayıtmaq üçün mübarizə aparır. Bu mövsüm 12 matçda 2 qol və 1 məhsuldar ötürmə edib. Bəli, bir vaxtlar “qırmızı şeytanlar”ın gələcək ümidi hesab edilən ingilis futbolçu orta hesabla 6 matçda 1 qol vurub.
Publika.az xəbər verir ki, bunun səbəblərindən biri şəxsi həyatıdır. Bir müddət əvvəl Reşford özünə yeni sevgili tapıb. "The Sun"ın məlumatına görə, 27 yaşlı futbolçu bir neçə aydır ki, 25 yaşlı model Qreys Roza Ceksonla görüşür. Markus və Qreys gözlərdən uzaq maraqlı vaxt keçirirlər.
Qreys kimdir? "Love Island" realiti-şousunda iştirak etdikdən sonra populyarlıq qazanıb. O, əslən Mançesterdəndir və moda sənayesində fəal şəkildə karyerasını davam etdirir. Onun "İnstaqram" hesabının demək olar ki, 600 min izləyicisi var. Avqust ayında EGO moda brendi ilə altı rəqəmli müqavilə imzalayıb.
Reşford uşaqlıq sevgisi Lusia Loydan ayrıldıqdan sonra 2023-cü ilin yayından tək yaşayırdı. İndi insayderlər Markus və Qreys arasında ciddi münasibətin başladığını iddia edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















