Icma.az
close
up
RU
Ulduz ların seçdiyi məkan: Aralıq dənizinin İNCİSİ FOTOlar

Ulduz ların seçdiyi məkan: Aralıq dənizinin İNCİSİ FOTOlar

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lüks həyat tərzi və qlamurluğu ilə seçilən Marbella İspaniyanın Aralıq dənizi kurortları arasında ən yaxşılarındandır. Burada çimərlik mövsümü may ayında başlayır və oktyabra qədər davam edir. Qışda şəhər "Sierra Blanca" dağ silsiləsi tərəfindən kəskin və sərin küləklərdən etibarlı şəkildə qorunur.

Marbella İspaniyanın ən arzuolunan turizm məkanlarından biridir. Lüks həyat tərzi və qlamurluğu ilə seçilən şəhər bu gün İspaniyanın Aralıq dənizi kurortları arasında əsas "ulduz" sayılır. Əndəlusün rəngini qoruyub saxlayan şəhərdə tarixin Roma və ərəb dövrləri bir-biri ilə sıx bağlıdır. Marbella şəhəri və onun möhtəşəm limanı "Puerto Banus" hələ ötən əsrdə Avropanın yüksək cəmiyyəti üçün sığınacağa çevrilib.

Milli.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

2022-ci ildə Marbella Avropanın ən yaxşı səyahət istiqamətləri arasında reytinqdə 2-ci yeri tutub.

"Ulduz"ların seçdiyi məkan

Marbella ildə təxminən 300 gün günəşin parladığı kurortdur. Yağışlı hava bu şəhər üçün nadirdir. Burada çimərlik mövsümü may ayında başlayır və oktyabra qədər davam edir. Qışda şəhər "Sierra Blanca" dağ silsiləsi tərəfindən kəskin və sərin küləklərdən etibarlı şəkildə qorunur. Buna görə də isti və günəşli hava demək olar ki, bütün il boyu turistləri cəlb edir.

Marbellada dəbdəbəli istirahət üçün hər şey var: qar kimi ağ villalar və lüks hotellər, eksklüziv gəmiləri olan estakada, panoramik mənzərəli dəbli butiklər və restoranlar və möhtəşəm gəzinti yerləri. Marbella tarixi və müasir memarlıq binaları, muzeylər, parklar, əyləncə mərkəzləri və gecə klubları ilə zəngindir. Kurort şəhərin zənginlər üçün sevimli istirahət məkanı olması da bu səbəbdəndir. Dünyanın idman, kino və musiqi ulduzları, varlı ərəb şeyxləri və kral ailələri bu şəhəri çox sevirlər. Marbellada sadə insanlar arasında sakitcə gəzən "ulduz"lara rast gəlmək o qədər də nadir hadisə deyil. Yay tətillərində, məxməri payızda, Milad və Pasxa bayramlarında Marbellanın məşhur qonaqları sadə turistlərə qarışır.

Əsrlərin dərinliklərinə səyahət

Marbellanın ən çox ziyarət edilən turistik yeri Köhnə şəhərdir (Old Town). Köhnə şəhərə səyahət - kiçik bir balıqçı kəndi ilə tanışlıqdır. Deyəsən, keçmişdən bu küçələrdə çox az şey dəyişib: dar dolama dalanlar, rəngarəng çiçək qabları ilə bəzədilmiş eyvanlar... Bu labirint küçələrdə yerli sənətkarlıq dükanları beynəlxalq brend butikləri ilə yanaşı dayanır. Köhnə şəhərin mərkəzində, 16-cı əsrə aid malikanədə şəhərin ən çox ziyarət edilən muzeylərindən biri olan Oyma Muzeyi (Museo del Grabado) yerləşir. Sənətsevərlər üçün əsl xəzinə olan muzeydə Pikassonun, Joan Mironun, Antoni Tapiesin və Antonio Sauranın əsərləri nümayiş etdirilir.

Tarixi mərkəzdə 11-12-ci əsrə aid Qala divarları (Murallas del Castillo) şəhərdəki müsəlman sivilizasiyasının ən əhəmiyyətli qalıqlarıdır. Bu memarlıq ansamblı heyranedicidir və turistləri əsrlərin dərinliklərinə səyahətə aparır.

Qolfla ciddi maraqlananlar üçün məşhur yer

Marbella həm İspaniyada istirahət etmək istəyən xarici turistlər, həm də qolfla ciddi maraqlananlar üçün məşhur yerdir. Bu əzəmətli sahil şəhəri təcrübəli peşəkarlardan tutmuş həvəskar qolfçulara qədər bütün profillərdən olan idmançıları cəlb edir. "İdman həvəskarları Marbellaya xüsusi önəm verirlər. Bu şəhərin dəniz kənarları il boyu qaçışçılar, velosipedçilər, piyadalar və konki sürənlər tərəfindən zəbt olunur", - deyə tur bələdçisi məlumat verir: "Marbella dünyanın ən yüksək səviyyəli qolf meydançalarına malikdir. Aralıq dənizinin buradakı sahillərini təsadüfən "Kosta del Qolf" adlandırmırlar. Əla xidmət, infrastruktur və bütün il boyu əlverişli hava Marbellanı bu elit idman növü ilə məşğul olmaq üçün ideal yerə çevirir".

Marbella European Best Destinations (EBD) tərəfindən 2024-cü il üçün Avropanın qolf üzrə ən yaxşı istiqaməti seçilib. Sorğuda ən çox amerikalı və britaniyalı turistlər iştirak edib.

Marbellada onlarla mükafat qazanan qolf klubları var. Bu klubların hər biri özünəməxsus şəkildə unikaldır və əksəriyyəti dünya standartlarını aşan ən müasir infrastruktura malikdir. Xüsusi qolf həvəskarları İspaniyada qolf klublarının yaxınlığında daşınmaz əmlak alırlar.

Evlərin qiyməti 200-250.000 avrodan başlayır

Şəhərin küçələrini gəzdikcə daşınmaz əmlak elanları təqdim edən ofislərlə rastlaşmaq olur. Marbelladakı ən ucuz mənzilin (32 m²) qiyməti 200-250.000 avrodur ki, bu mülkə bir yataq otağı, qonaq otağı, təchiz olunmuş mətbəx və bir vanna otağı daxildir. Burada ikiotaqlı mənzillərin qiyməti 300.000 avrodan, üçotaqlı mənzillərin qiyməti isə 450-500.000 avrodan başlayır.

Ən bahalı daşınmaz əmlaklar Marbellanın dəbdəbəli çimərliklərində yerləşir. SSRİ Xalq artisti İosif Kobzon da ölümündən qabaq bu sahillərdəki evində yaşayırmış.

"Marbellada əmlaka tələbat heç vaxt son illərdəki qədər yüksək olmayıb. İstər dəniz kənarında lüks villa, istərsə də şəhərin mərkəzində müasir penthaus - yuxarı dairə olsun, Marbella əmlak sektoru hər zövqə uyğun müxtəlif seçimlər təklif edir. İspaniyadakı əmlak alıcıları büdcəli mənzillərdən tutmuş zəngin villalara qədər öz büdcələrinə uyğun olaraq seçim edə bilərlər", - deyə əmlak satıcısı bildirdi.

Hər yaşa, hər zövqə və hər büdcəyə uyğun

Marbella çimərlik tətili üçün ən yaxşı yerlərdəndir. Kurort şəhərin qumlu sahil xətti təxminən 27 kilometr uzanır və cəlbedici çimərliklərə malikdir. Marbella təbiət həvəskarlarına müxtəlif ekoturizm variantları təklif edir. Onlar ətraf ərazinin ən unikal təbiət qoruqlarında macəra axtarışına çıxırlar. "Burada hər kəs öz zövqünə uyğun bir şey tapacaq", - deyə bələdçi qeyd edir: "Marbellanı cəlbedici edən də budur: hər yaşa, hər zövqə və hər büdcəyə uyğun variantlar təklif etməsi..."

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Avqust 2025 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri