Ulduz lu görüşlər in növbəti qonağı Mətanət Vahid olub
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin birgə layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin növbəti qonağı filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, esseist Mətanət Vahid olub.
Reyting.az bildirir ki, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs dərgidə aylardır istehsalat təcrübəsi keçən Azərbaycan Universitetinin filoloq tələbələrinə qonaq haqqında ətraflı məlumat verib: "Mətanət Vahid çağdaş Azərbaycan ədəbiyyatının tanınmış imzalarındandır. Bir vaxt musiqiçi olmaq istəsə də, tale onu səsə deyil, sözə yönəldib. Bugünkü görüşdə siz sözün səsini eşidəcəksiniz..."
Tədbirdə iştirak edən yazıçılar Təranə Vahid, Dayandur Sevgin və Zaur Ustac da tələbələrə Mətanət Vahidin yaradıcılığından bəhs ediblər. "Ulduz"lu görüşlər"in qonağı gənc filoloqlara ədəbiyyat və həyat haqqında öz qənaətlərini bölüşməklə onları polemikaya səsləyib.
Sorğu-sualda aktiv iştirak edənlər tədbirin sonunda müəllifin avtoqraflı kitabı ilə mükafatlandırılıb.



Bu mövzuda digər xəbərlər:Mətanət Vahid Ulduz lu görüşlər in qonağı olub
21 İyun 2025 10:07
Ulduz lu görüşlər in növbəti qonağı Azər Turan olub
13 Aprel 2025 14:14
Ulduz lu görüşlər in növbəti qonağı yazıçı Varis olub
02 Aprel 2025 13:51
“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub FOTOLAR
15 May 2025 18:43
Baxış sayı:126
Bu xəbər 20 İyun 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















