Icma.az
close
up
RU
Ulduz müharibələri 2.0 : Tramp kosmosu da fəth etməyi planlaşdırır

Ulduz müharibələri 2.0 : Tramp kosmosu da fəth etməyi planlaşdırır

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti müdafiə naziri Pit Heqsetə 60 gün ərzində "Dəmir qübbə" adlandırılacaq ən yeni raketdən müdafiə sisteminin layihəsi və yerləşdirilməsi planını təqdim etməyi tapşırıb. Bu layihənin minimum 300 milyard dollara başa gələcəyi proqnozlaşdırılır.

ABŞ Prezidenti Donald Tramp yeni layihələri ilə dünyanı şoka salmaqda davam edir. Ağ ev rəhbəri birinci prezidentliyi dövründə elan etdiyi fantastik layihəsini reallaşdırmaq barədə göstəriş verib. Söhbət ölkənin ordu sisteminin əhəmiyyətli hissəsi kimi kosmik güclərin yaradılmasından gedir. O, ABŞ-nin raket əleyhinə müdafiə sistemlərinin inkişafını "Ulduz müharibələri" ilə müqayisə oluna biləcək səviyyəyə çatdırmaq niyyətindədir. Tramp hesab edir ki, ABŞ kosmosda üstün olmalıdır və bu, çox əhəmiyyətlidir. Artıq media və siyasi dairələr yeni proqrama ad da verib - "Ulduz müharibələri 2.0". ABŞ prezidenti bununla da Ronald Reyqanın kosmosda təhlükəsizlik və hökmranlıq planını yenidən canlandırmış olub.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

ABŞ-nin də öz "Dəmir qübbə"si olacaq

Tramp ilkin olaraq müdafiə naziri Pit Heqsetə 60 gün ərzində "Dəmir qübbə" adlı ən yeni raketdən müdafiə sisteminin layihəsi və yerləşdirilməsi planını təqdim etməyi tapşırıb. "Ballistik, hipersəs və qanadlı raketlər, eləcə də digər müasir hava hücumu təhlükəsi vasitələri ABŞ-nin üzləşdiyi ən fəlakətli təhdid olaraq qalır", - sənəddə qeyd olunub. Bildirilib ki, fərmanın dərc edildiyi andan 60 gün ərzində müdafiə naziri Prezidentə yeni nəsil raketdən müdafiə qalxanının arxitekturasını və yaradılması planını təqdim etməlidir.

300 milyard dollar xərc, 650 peyk

"Dəmir qübbə" layihəsi ballistik və hipersəs təhdidlərindən müdafiə üçün kosmik qəbuledicilərin yerləşdirilməsini nəzərdə tutur. "National Defense Magazine" nəşrinin qeyd etdiyi kimi, ad İsrailin raketdən müdafiə sistemi ilə oxşar olsa da, mahiyyət Ronald Reyqan dövründəki "Ulduz müharibələri" proqramını xatırladır. Əsas fərq - İsrailin "Dəmir qübbəsi"ndə olmayan qitələrarası raketləri dəf etmək qabiliyyətidir. "Financial Times"ın yazdığına görə, layihə kosmosda lazer sistemlərinin yerləşdirilməsini nəzərdə tutur. ABŞ-nin "Dəmir qübbə"si İsrailin eyniadlı sistemindən fərqli olaraq "100 dəfə uzağa və 7 dəfə sürətli" uça bilən raketlərdən müdafiəni də təmin edə biləcək.

"The Financial Times" yazır ki, Trampın fərmanı "raketlərin buraxılışından əvvəl məhv edilməsi sistemlərinin" yaradılmasını da nəzərdə tutur. Yəni təkcə təhlükənin deyil, daşıyıcının da neytrallaşdırılması üçün vasitələrin hazırlanması planlaşdırılır. Məhvetmə kosmosda yerləşdirilmiş lazer silahı vasitəsilə həyata keçiriləcək. İlkin hesablamalara görə, bu cür layihələrin dəyəri astronomik olacaq. ABŞ Milli Elmlər Akademiyasının 2012-ci il hesabatında göstərilirdi ki, hətta "məhdud və ciddi funksional" kosmik raket əleyhinə müdafiə sistemi 300 milyard dollar dəyərində 650 peykin yerləşdirilməsini tələb edəcək.

Rusiya Trampın planına görə narahatdır

Moskvada Trampın bu təşəbbüsü tənqid edilib. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu planlar ABŞ-nin eskalasiya yolu ilə getmək istəyindən xəbər verir. "Biz bunu ABŞ-nin kosmosu silahlı qarşıdurma, mübarizə meydanına çevirmək və orada silah yerləşdirmək niyyətinin növbəti təsdiqi kimi qiymətləndiririk. ABŞ-nin göstərilən yanaşmaları gərginliyin azaldılmasına, strateji sahədə vəziyyətin düzəldilməsinə, o cümlədən səmərəli dialoq üçün zəmin yaradılmasına kömək etməyəcək", - deyə Rusiya XİN-in sözçüsü bildirib.

Hərbi ekspertlər hesab edirlər ki, ABŞ-nin "Ulduz müharibələri 2.0" proqramı Rusiya və onun müttəfiqləri üçün təhlükə təşkil edir. Bu proqrama Rusiya, Çin və digər ölkələrin reaksiyası, əlbəttə ki, olacaq.

Nüvə sınaqları bərpa olunur?

Tramp komandasının Ağ evə gəlişi ilə silahlanma yarışının təkcə kosmosda deyil, geniş miqyasda davam etməsi ehtimalı qalır. Belə ki, mövcud nüvə silahları güclü şəkildə modernləşdirilir. ABŞ yayım şirkəti NPR-in məlumatına görə, ölkə yazda mövcud nüvə silahlarının effektivliyini yoxlamaq və sonrakı modifikasiyası üçün Nevadadakı poliqonda az miqdarda plutoniumun yeraltı partlayışının reallaşdırılmasını planlaşdırır. Amerikalı alimlərin fikrincə, nüvə silahlarının sınaqları zəruridir, çünki onlara sahib olan ölkələr peykləri, dəniz limanlarını və digər mühüm obyektləri məhv edə bilən yeni silah növləri hazırlayırlar.

Tramp hakimiyyətə gələrsə, ABŞ-nin yeraltı nüvə sınaqlarına başlaya biləcəyi barədə Amerika KİV-ləri hələ 2024-cü ilin yayında yazırdı. "The New York Times" Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayanın sözlərini sitat gətirərək bildirirdi ki, Vaşinqton "Çin və Rusiya nüvə arsenalları üzərində texniki və say üstünlüyünü qorumaq üçün 1992-ci ildən bəri ilk dəfə yeni nüvə silahının etibarlılığını və təhlükəsizliyini sınaqdan keçirməlidir". Qəzetin xatırlatdığı kimi, "soyuq müharibə" dövründə silahın konstruksiyasındakı çatışmazlıqları aşkar etmək və etibarlılığını yoxlamaq məqsədilə Çin 45, Fransa 210, Rusiya 715 və ABŞ 1 030 nüvə sınağı keçirib.

Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, nüvə sınaqlarının keçirilməsi ilə bağlı Moskvanın mövqeyi dəyişməzdir. Onlar yalnız ABŞ-nin oxşar addımlarına cavab olaraq nüvə sınaqları keçirilə bilərlər. Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov hələ 2024-cü ilin sentyabrında bildirmişdi ki, Novaya Zemlya adasındakı poliqonun infrastrukturu artıq tam hazır vəziyyətdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Fevral 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri