Ulduz Qasımi və Əmir Səttari Urmiya Rayon Məhkəməsinə çağırılıb
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Milli Hərəkatının fəalları Ulduz Qasımi və Əmir Səttari-Rauf özlərini onlara qarşı olan ittihamlardan müdafiə etmək üçün Qərbi Azərbaycanın Urmiya vilayətinin məhkəmələinə çağırılıblar.
Gunaz.tv
Göndərilən bildirişlərdə Xanım Qasimi və Əmir Səttari bəyə qarşı irəli sürülən ittihamın “insanları daxili/xarici təhlükəsizliyə qarşı cinayətlər törətməyə sövq etmək” olduğu qeyd edilib.
Xatırladaq ki, 2025-ci ilin mart ayının başlarında Urmiyada kürd terror qrupları tərəfindən təşkil edilmiş ayrılıqçı toplanışlara etiraz olaraq Urmiya xalqının təşkil etdiyi eyləmlərdə iştirak edən lduz Qasımi və Əmir Səttari şəhərdən çıxarkən nəzarət-buraxılış məntəqəsində həbs edilmişdilər.
Qeyd edək ki, Azərbaycan xalqının təşkil etdiyi Urmu eyləmlərindən sonra Güney Azərbaycanın 22 fəalının saxlanıldığı bildirilir. Baş tutmuş bu mühüm eyləm Güney Azərbaycanda rejimdən yardım alaraq separaçılıq etməyə çalışan kürd terror qruplarına mühüm cavab olmuş, hətta İsrail ilə İran arasında baş verən 12 günlük savaş zamanı yaranmış qarışıqlıq dönəmində belə təhdidlər sovurmaqlarına baxmayaraq yaraqlı terror qrupları Güney Azərbaycana girməkdən çəkinmişdilər.


