Icma.az
close
up
RU
Ulduzlar Budapeştdə parlayır Azərbaycan komandası yeni sınağa hazırdır

Ulduzlar Budapeştdə parlayır Azərbaycan komandası yeni sınağa hazırdır

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cüdo üzrə Azərbaycanın yığması bu idman növündə ilin əsas hadisəsinə köklənir. Artıq sabah Budapeştdə 93 ölkədən 557 idmançının iştirak edəcəyi dünya çempionatı start götürəcək. Bu yarış, əslində, yeni Olimpiya dövrünün başlanğıcıdır və Macarıstan paytaxtında maraqlı mübarizə gözlənilir.

İdman.biz xəbər verir ki, Budapeşt mütəmadi olaraq cüdo mundialına ev sahibliyi edir.

Sonuncu dəfə bu, dörd il əvvəl baş verib. Onda yalnız Kərəmət Hüseynov (60 kq) fərqlənərək bürünc mükafatçı olmuşdu. 2017-ci ildə isə cüdoçularımız Dunay sahillərində keçirilən dünya çempionatında dörd dəfə fəxri kürsüyə qalxmışdılar – Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanmışdılar.

Budapeştdəki hər iki dünya çempionatında müasir dövrün ən parlaq cüdoçularından biri də iştirak edib. Hidayət Heydərov (73 kq) ötən il Olimpiya, dünya və Avropa çempionatlarında qızıl medal qazanaraq “qızıl kolleksiya”nı tamamlasa da, Macarıstanda iki dəfə medalın bir addımlığında dayanaraq 5-ci olub. Bu dəfə isə o, Olimpiadadan sonra ilk yarışında titulunu qorumağa iddialıdır.

Şübhəsiz, bu, asan olmayacaq, lakin Heydərov çoxsaylı uğurları ilə dəfələrlə göstərib ki, onun üçün mümkünsüz heç nə yoxdur. Cüdo ictimaiyyətinin böyük maraqla gözlədiyi qarşıdakı çıxışı da yaddaqalan ola bilər.

Olimpiya oyunlarından sonrakı ilk dünya çempionatı nəsillər inqarşıdurması kimi təqdim olunur. Zəngin təcrübəyə malik idmançılar iddialı gənclərlə mübarizədə öz səviyyələrini sübut etməli olacaqlar. Bu da maraqlı qarşılaşmalar və yüksək rəqabət vəd edir.

Budapeştdə 11 hazırkı dünya çempionu çıxış edəcək. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) ötən il Abu Dabidə möhtəşəm qələbə qazanaraq dünya çempionu olublar və indi onları növbəti vacib sınaq gözləyir. Onların uğuru digər yığma üzvləri üçün də motivasiya ola bilər: məsələn, Elcan Hacıyev (90 kq) və ya Zelim Tçkayev (81 kq) Avropa medallarından sonra dünya çempionatında da özlərini göstərmək niyyətindədirlər.

Çempionatdan öncə Beynəlxalq Cüdo Federasiyasının (IJF) Konqresi keçirilib və Marius Vizer altıncı dəfə qurumun prezidenti seçilib. Onun rəhbərliyi dövründə müasir cüdonun inkişafı yeni mərhələyə keçib, populyarlığı artıb, Dünya Cüdo Turu isə bir çox ölkə və qitələri əhatə edir. 2028-ci il Olimpiadası da nəzərə alınmaqla bu istiqamətdə iş davam etdiriləcək.

Yeni seçilmiş IJF İcraiyyə Komitəsinə isə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev də daxil edilib.

Bir sözlə, Budapeştdə ilk əlamətdar nailiyyət artıq əldə olunub. İndi bütün diqqətlər tatamidədir.

Zəki Feyzullayev

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 İyun 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri