Ülkər İsmayılovaya vəzifə verildi (Foto)
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
Milli.Az Modern.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, Ülkər Şakur qızı İsmayılova icra başçısının müavini, Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, artıq kollektivə təqdim olunub.
Qeyd edək ki, Ülkər İsmayılova bu təyinata qədər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, həmçinin uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətinin aparatında dövlət qulluğu sahəsində fəaliyyət göstərərək bu istiqamətdə zəngin təcrübə qazanıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 İyul 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















