Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyev dövlətimizin xilaskarıdır

Ulu Öndər Heydər Əliyev dövlətimizin xilaskarıdır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün qürurla qeyd edirik ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır. Fəaliyyətinin bütün dövrlərində Azərbaycan naminə böyük fədakarlıq göstərərək misilsiz xidmətlərə imza atmış Ulu Öndər Heydər Əliyev əbədiyaşarlıq zirvəsinə ucalmış, onun adı xalqımızın xilaskarı, müasir müstəqil dövlətimizin qurucusu kimi tariximizə həkk olunmuş, siyasi irsi milli-mənəvi sərvətimiz kimi bu gün də Azərbaycanın tərəqqisinə xidmət edir və hələ uzun illər bundan sonra da onun ideyaları milli təkamül yolumuzun əsasını təşkil edəcəkdir. Ulu Öndər Heydər Əliyev bir-birindən siyasi-ideoloji və sosial-iqtisadi cəhətdən tamamilə fərqli olan iki tarixi dövrdə - istər SSRİ dönəmi, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli inkişafa xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirməklə xalqımız üçün taleyüklü uğurlara imza atmışdır. 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər respublikamızın sosial-iqtisadi yüksəlişini təmin etmiş, gələcək müstəqilliyinin əsaslarını formalaşdırmışdır.

1969-cu ilin avqustun 5-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirildi. Plenumda Ulu Öndər sosial-iqtisadi böhran vəziyyətinin, uzunmüddətli geriliyin təhlilini verdi, səbəblərini açıqladı və çıxış yollarını müəyyənləşdirdi. Məhz bundan sonra aparılan uğurlu daxili siyasət nəticəsində iqtisadi dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə dönüş mərhələsinin başlanğıcı qoyuldu. Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi, xüsusi təşkilatçılığı ilə xüsusilə iqtisadi inkişafın dinamikası Azərbaycanda keçmiş ittifaq respublikalarından xeyli yüksəkdə olub. Dahi şəxsiyyət Heydər Əliyev mərkəzdəki nüfuzundan istifadə edərək respublikanın xalq təsərrüfatının inkişaf etdirilməsini təmin etmək üçün iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən Sovet İttifaqı KP MK və SSRİ Nazirlər Sovetinin 5 mühüm qərarını qəbul etdirməyə nail olmuşdu. Bu 5 mühüm qərarda xalq təsərrüfatının inkişaf etdirilməsi tədbirləri, Azərbaycan SSR-də kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri, respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair və kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması, üzümçülük, şərabçılığı inkişaf etdirmək tədbirləri nəzərdə tutulurdu. Qeyd edək ki, bütün bunları icra etmək üçün mərkəzi büdcədən Azərbaycana xeyli vəsait ayrılmışdı. 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verilib, 630 min nəfərlik yeni iş yerləri açılıb.

Xüsusi ilə vurğulamaq lazımdır ki, dahi lider Heydər Əliyevin çox gərgin əməyi sayəsində 1969-1982-ci illərdə neft, neft emalı sənayesi, neft-kimya, neft maşınqayırma, əlvan metallurgiya, qaz istehsalı, elektrotexnika çox surətlə inkişaf etdi. Xəzər dənizində “28 aprel”, “Bahar”, “Azəri”, “Günəşli” və digər neft yataqları aşkar olundu. Xəzər dənizində 2800-6500 metr dərinlikdə neft quyularının qazılmasına başlandı. Yeni qazma qurğularından “Xəzər”, “Bakı”, “Kaspmar neft”, “Şelf-1”, “Şelf-2”, “Şelf-3”, “Şelf-4” və digər qurğulardan bacarıqla istifadə olundu. Nəticədə 1969-1982-ci illərdə neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artdı. Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəldi, 4400 yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olundu ki, bunlardan 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal olunurdu. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan da neft sənayesinin inkişafında 1978-ci ildə əsası qoyulmuş və 1984-cü ilə fəaliyyətə başlamış Dərin Özüllər Zavodunun çox böyük rolu vardır. Diqqətinizə çatdırmaq istərdim ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Dərin Özüllər Zavodunun ikinci həyatı başladı. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının istismara verilməsi ilə Azərbaycan iqtisadiyyatına güclü bir təkan verildi.

Ulu Öndər Heydər Əliyev 1978-ci il Azərbaycan SSR Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də Azərbaycan SSR-in Konstitusiyası qəbul edildi. Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq, Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.

1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. 1970-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Nəticədə hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu oldu. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.

Müdrik dövlət xadimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi illərdə də ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqın rifahı və firavanlığı naminə məqsədyönlü işlər görmüş, dünya siyasətinə bir azərbaycanlı kimi öz bənzərsiz imzasını atmışdır. Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi də öz tarixi missiyasını davam etdirmiş, blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq onun dirçəlişinə nail olmuş, SSRİ-nin saxlanılması haqqında referendumda iştirakdan imtina etməklə faktiki olaraq müstəqilliyin təməllərini yaratmış, bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanan üçrəngli dövlət bayrağını ilk dəfə ucaltmışdır.

Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə ölkəmizi nəinki tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmış, Ümummilli Lider zirvəsinə yüksəlmişdir. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz Liderinin arxasınca gedərək vahid amal uğrunda – milli məqsədlər naminə səfərbər olması həlledici siyasi-ideoloji faktor kimi ölkəmizin gələcəyini müəyyən etmişdir. Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən - 1993-cü ilin iyun hadisələri zamanı xalqımız Ulu Öndərə ölkəmizin qurtuluşu üçün respublikaya rəhbərlik etməsi barədə çağırış etmiş, Ümummilli Lider isə həyatını belə riskə ataraq növbəti dəfə tarixi-siyasi məsuliyyəti üzərinə götürmüş və Bakıya qayıdaraq iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir. Müstəqilliyimizin ilk illərində parçalanmaq, dağılmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra sözün əsl mənasında müstəqil, azad, firavan ölkə sevincini yaşamağa başladı. Ümummilli Lider parlaq siyasi zəkası, bacarığı, istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi.

Ulu Öndər Heydər Əliyevin böyük siyasətə Qayıdışı və Zəfər yolunun başlanğıcı idi. 1993-cü il oktyabrın 3-də xalqın mütləq dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev milli maraqlardan irəli gələn vəzifələri ardıcıl həyata keçirməklə Azərbaycanın real müstəqilliyinə nail oldu: “Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyən etdi. Məqsədyönlü siyasət nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm addımlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etdi. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmi – 1993-2003-cü illər Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoymasını, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılmasını şərtləndirmişdir”.

Dahi şəxsiyyətin bir vaxtlar söylədiyi "Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamı bu günümüzün reallığı olmaqla yanaşı, onun uzaqgörənliyinin real təsdiqidir. Həqiqətən də bu gün Azərbaycan tarixinin ən qüdrətli dövləti kimi dünyaya səs salır. Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciət edərək dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi naminə Azərbaycanın gələcəyinə dair aydın baxışını ortaya qoymuşdu. Xalqımız Ümummilli Lider Heydər Əliyevin müdriklik və uzaqgörənliyinə sonsuz inamı bir daha nümayiş etdirərək cənab İlham Əliyevə qətiyyətli dəstək və yüksək etimad göstərməklə siyasi varisliyi təmin etdi və bununla da ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm uğurlar qazandı. Əldə olunan möhtəşəm Zəfərlər nəticəsində Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası isə Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik məharətinin real nəticəsidir.

Qarabağ və Şərqi Zəngəzur bu gün yenidən qurulur. Bu möhtərəm cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dünyaya Azərbaycanın siyasi, iqtisadi qüdrətini nümayiş etdirir. Onu da xüsusi olaraq vurğulamalıyıq ki, Ulu Öndərin siyasətini uğurla gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu irsi ləyaqətlə yaşadır. Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu dünyanın ən nüfuzlu təşkilatlarında biridir. Dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi xoşməramlı missiyaların, müxtəlif layihələrin hamısı Ulu Öndərin təbliğatının tanıdılmasına yönəlib. Bu gün isə fondun fəaliyyətinin ən şanlı səhifəsi Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq prosesində ön sırada olmasıdır.

Şübhə yoxdur ki, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən, sözünün imzası qədər dəyərli olduğunu hər zaman təsdiq edən qətiyyətli Lider – Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni zəfərlər bəxş edəcəkdir.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri