Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Ulu Öndər Heydər Əliyevi qürurla yad edirik

Ulu Öndər Heydər Əliyevi qürurla yad edirik

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Onun irsi Azərbaycan dövlətinin daha da möhkəmlənməsi üçün əsas yol göstəricisidir

Azərbaycan xalqı dövlətçilik tarixinin ən mühüm gününü - ölkəmizi, gələcəyimizi sabitliyə, rifaha, əmin-amanlığa, yüksəlişə, inkişafa aparan 15 İyun – Milli Qurtuluş Gününü qeyd edir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, siyasi uzaqgörənliyi, ən əsası xalqına sonsuz məhəbbəti sayəsində ölkəmizin xoşbəxt gələcəyini təmin etmiş oldu. Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunmuş 15 İyun – Milli Qurtuluş Günü müasir müstəqil Azərbaycan dövlətçiliyinin xilası, sabitlik və inkişaf yoluna qədəm qoymasının başlanğıcı kimi tariximizə əbədi yazılıb. Bu günün mahiyyəti həm də xalqın iradəsinin, milli birlik və həmrəyliyin, azadlıq və müstəqillik uğrunda səfərbərliyinin rəmzidir. Zaman ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycanın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı və gördüyü böyük işlər xalqımızın qəlbində əbədi yaşayacaq. Çünki onun müdrikliyi, siyasi uzaqgörənliyi və xalqına olan sonsuz sevgisi sayəsində Azərbaycan dağılmaqdan xilas oldu, dünya birliyində layiqli yerini tutdu. Bu gün təkcə keçmişin xatırlanması deyil, həm də gələcəyə inamla baxmaq günüdür. Bu fikirlər Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynovaya məxsusdur. Deputat qeyd edib ki,1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ciddi təhlükə altında idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi xaos, iqtisadi tənəzzül, vətəndaş qarşıdurmaları hökm sürür, dövlət təsisatları fəaliyyətini itirmiş, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Belə bir böhranlı dövrdə xalqın israrlı tələbi ilə 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun hakimiyyətə dönüşü Azərbaycanı yalnız xaosdan xilas etmədi, həm də ölkənin gələcək inkişafı üçün möhkəm təməllər yaratdı. Dahi Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, qanunçuluq və hüquq qaydaları bərpa olundu, iqtisadi islahatlara start verildi, beynəlxalq əməkdaşlıq əlaqələri quruldu. Bu səbəbdən 15 iyun tarixi yalnız bir liderin qayıdışı deyil, bütöv bir xalqın dirçəlişidir və bu gün haqlı olaraq xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi böyük qürurla qeyd olunur. Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin təməl prinsiplərindən ən mühüm olanı ölkədə sabitliyin təmin olunması idi. O deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Tarix bir daha Ulu Öndərin haqlı olduğunu sübut etdi! Məhz onun zəngin siyasi təcrübəsinin və dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını təmin edən əsas amillərdir. “Bir məsələni də unutmaq olmaz ki, müstəqilliyə nail olmuş digər postsovet respublikalarından fərqli olaraq 1991-1993-cü illərdə Azərbaycan Respublikası iqtisadi böhranla yanaşı, siyasi böhranla da üzləşmişdi. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə dövləti dərin böhran vəziyyətinə salmışdı. Bu daxili amillərlə yanaşı, Azərbaycan Respublikası həm də geosiyasi mövqeyinə görə dünya dövlətlərinin gərgin mübarizə və maraq obyektinə çevrilmişdi. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycanın zəngin neft ehtiyatları idi. XIX əsrin ikinci yarısından etibarən xarici şirkətlər Azərbaycanın “qara qızıl”ının əsl qiymətini bilirdilər. Belə bir çətin dövrdə Ulu Öndər Heydər Əliyev təzyiqlərə baxmayaraq, tam sərbəst və bərabərhüquqlu tərəfdaş kimi müqavilənin imzalanmasına nail oldu. Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası” Azərbaycanın öz milli sərvətlərinin sahibinə çevrilməsinin, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkənin 90-cı illərin əvvəllərindəki siyasi, iqtisadi və sosial böhranlardan çıxmasının rəmzidir. Ən əsası isə XXI əsrin astanasında yüksək inkişaf etmiş, güclü və demokratik Azərbaycan dövlətinin yaradılmasıdır. Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı”, söyləyən millət vəkili qeyd edib ki, 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycan cəmiyyətinin sabitliyə, milli birliyə və əmin-amanlığa ehtiyacı var idi. “Müasir, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımıza və dövlətimizə vəsiyyət etdiyi ən böyük arzu – Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın azad olunması – artıq reallığa çevrilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq Qarabağda tarixi ədaləti bərpa edib. Azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən nəhəng bərpa-quruculuq işləri Azərbaycan dövlətinin və xalqının yenilməz iradəsini və inkişaf potensialını bir daha sübut edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz qurub-yaradan xalqıq və azad Qarabağda həyat yenidən canlanır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı, vətəndaş cəmiyyətinin banisi kimi özündən sonra qoyduğu böyük siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın regional lider kimi mövqeləri daha da möhkəmlənir, qlobal miqyasda nüfuzu artır. Ümummilli Liderin müəyyən etdiyi strategiya ölkəmizi sabitlik, inkişaf və tərəqqi yolunda inamla irəli aparır. Dövlətimizin sosial-iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, ordu quruculuğu sahəsində qazandığı uğurlar məhz 15 iyunda başlayan siyasi iradənin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev vaxtilə deyirdi: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”. Bu gün Azərbaycan müstəqil dövlət, XXI əsrdə ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən bir ölkə olaraq möhkəm, sağlam təməllər üzərində inkişaf edir. Əminik ki, Azərbaycan dövlətinin dirçəlişinə rəhbərlik edən tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri daim qürurla yad olunacaq, onun irsi Azərbaycan dövlətinin möhkəmlənməsi və daha da inkişaf etməsi üçün əsas yol göstərici olacaq”. 15 İyun – Milli Qurtuluş Günü münasibətilə fikirlərini paylaşan Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə isə bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixdə silinməz izlər qoymuş, milyonlarla insanın dərin rəğbətini qazanmış nadir və fenomenal şəxsiyyətdir. Ulu Öndərin əvəzsiz xidmətlərinin zirvəsi isə gələcək nəsillərə ərmağan etdiyi dəyərlərlə tamamlanır. O qeyd edib ki, iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra ölkənin taleyində dönüş nöqtəsi oldu və Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ulu Öndər qısa müddət ərzində Azərbaycanı parçalanma və fəlakət təhlükəsindən qurtararaq sabitlik, inkişaf və tərəqqi yoluna çıxardı: “Bu uğurlu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Liderin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərini doğruldub. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması, dövlət proqramlarının həyata keçirilməsi, gənclər evləri və olimpiya idman komplekslərinin istifadəyə verilməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. “Əldə olunan uğurlar, qazanılan nailiyyətlər və şanlı Zəfər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini daha da artırır. Bu gün bizim üçün yüksək bir rəmzə çevrilib”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri