Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli

Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un və Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli” mövzusunda BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Ümummilli Lider Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra milli mətbuat ənənələrini bərpa etdiyini deyən professor Qulu Məhərrəmli müasir mediamızın məhz həmin dövrdə yaradılan konsepsiya ilə inkişaf etdiyini deyib. Bildirib ki, siyasi və sosial sistemin tərkib hissəsi olan medianın IV hakimiyyət kimi özünü təsdiq etməsi Ulu Öndərin hakimiyyəti dövründə təsbit edilib: “Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, medianın fəaliyyətinin genişləndirilməsi və inkişafının təmin edilməsinə dair qəbul edilmiş qərarlar Ulu Öndərin ölkə jurnalistikasına verdiyi yüksək dəyərin sübutudur. Heydər Əliyev qələm sahiblərinin əməyini qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb edən əmək kimi ifadə edirdi, jurnalistlərə hər zaman xüsusi münasibət bəsləyirdi. Bunun məntiqi nəticəsidir ki, Ulu Öndər dəfələrlə keçirilən sorğularda “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Ümummilli Lider xarici ölkələrə olan səfərləri zamanı onu müşayiət edən jurnalistləri adlarına qədər tanıyırdı. Bu, onu həm mahir siyasət adamı, həm də insanların qayğısı ilə yaşayan millət adamı kimi səciyyələndirirdi”.

Hər il Milli Mətbuat Günündə Ulu Öndərin jurnalistlərlə görüşdüyünü deyən Qulu Məhərrəmli onun dövlət media subyektləri ilə yanaşı, özəl mətbuata da xüsusi diqqətlə yanaşdığını vurğulayıb: “Azad və plüralist əsaslarla millətin maraqlarına xidmət edən mətbuat Ulu Öndərin milli mətbuat konsepsiyasının əsas müddəası idi. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Görüş tələbələrin Azərbaycan jurnalistikasının bugünkü vəziyyətinə dair çoxsaylı suallarının cavablandırılması ilə diskussiya formatında davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri