Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin xatirəsi Ankarada ehtiramla yad edilib

Ulu Öndər Heydər Əliyevin xatirəsi Ankarada ehtiramla yad edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ankara, 4 may, AZƏRTAC

Mayın 4-də Ankaradakı “Şuşa” Konqres Mərkəzində “Heydər Əliyev və Türk dünyası” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarı kimi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) çıxış edib.

Müzakirələrdə Türkiyə parlamentinin üzvləri, türk dövlətlərinin diplomatik nümayəndəliklərinin, qardaş ölkənin siyasi partiyalarının təmsilçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, paytaxt universitetlərinin tələbələri və müəllim heyəti iştirak edib.

Tədbir görkəmli dövlət xadiminə həsr olunmuş videosüjetlə başlayıb.

TADİV-in rəhbəri, professor Aygün Attar çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün Türk dünyası üçün bir bələdçi və nümunədir. “Heydər Əliyev türk dövlətlərinin yaxınlaşmasında və qarşılıqlı inteqrasiyasında mühüm rol oynayıb. Əminəm ki, onun adı əsrlər boyu yaşayacaq”, - deyən professor vurğulayıb ki, Ümummilli Liderin kursunu onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. “Heydər Əliyevin ən böyük arzusu - Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilib”, - deyən professor TADİV-in yaradılması ideyasının Azərbaycan xalqının dahi oğluna məxsus olduğunu xatırladıb.

Türkmənistan, Qırğızıstan və Özbəkistan səfirliklərinin nümayəndələri çıxış edərək, Ulu Öndər Heydər Əliyevin balanslı və uzaqgörən siyasətinin türk ölkələri arasında strateji əlaqələrə güclü təkan verdiyini diqqətə çatdırıblar.

Diplomatlar Azərbaycanla sıx əməkdaşlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, onun Türk dünyasında dövlətlərarası əlaqələrə təkan verdiyi ilə bağlı vahid fikri ifadə ediblər.

Bu gün türk dövlətlərində bir sıra park və küçələrin Azərbaycanın Ümummilli Liderinin adını daşıdığına diqqət çəkilib.

Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev Heydər Əliyevi “Türk dünyasının qardaş ölkələri arasında əlaqələrin inkişafına xüsusi töhfələr verən ağsaqqal” adlandırıb. O, Ulu Öndərin uzaqgörənliyini yüksək qiymətləndirərək, qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Heydər Əliyevin strateji baxışının nəticəsidir.

Ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov da çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu həqiqətən əlamətdardır. Diplomat qeyd edib ki Ulu Öndər Azərbaycanı xaosdan xilas edərək müasir dövlətin möhkəm təməlini formalaşdırıb.

Onun sözlərinə görə, Azərbaycanın görkəmli dövlət xadimi haqlı olaraq Mustafa Kamal Atatürk kimi şəxsiyyətlərlə bir sırada yer alır.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və Türkiyənin Ədalət və İnkişaf Partiyasının türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlu çıxışlarında Ümummilli Lider Heydər Əliyevin böyüklüyündən danışıblar. Onların fikrincə, Heydər Əliyev doğma Azərbaycanın və bütün Türk dünyasının gələcək inkişafını öncədən görən bir insan idi.

Müzakirələrdən sonra konsert proqramı təqdim edilib və Ümummilli Liderin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri