Icma.az
close
up
RU
Ulu Öndər Neftçalada da anıldı Fotolar

Ulu Öndər Neftçalada da anıldı Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da dərin hörmət və ehtiram hissi ilə anılıb.

“Qafqazinfo” xəbər verir ki, 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala RİH-nin məsul şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və onların kollektivləri, şəhid valideynləri və müharibə iştirakçıları, eləcə də bir qrup ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin şəhər mərkəzində ucalan əzəmətli abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Sonra anım mərasimi Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsi ilə davam etdirilib. 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Rayon rəhbəri, həmçinin çıxışında qeyd edib ki, ərazi bütövlüyümüzün bərpası, Qarabağın düşmən tapdağından azad olunması Ulu Öndərin ideyalarının başlıca qayəsini təşkil edib.

Mirhəsən Seyidov çıxışı zamanı bu gün Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşadığını bildirib, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin məğrur və əzmkar siyasi qətiyyəti sayəsində Ulu Öndərin Azərbaycan xalqı üçün arzuladığı bütün istəklərinin həyata keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tədbirdə çıxış edən digər natiqlər – qabaqcıl təhsil işçisi, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunmuş Ruhəngiz Nəcəfova, Rayon Ağsaqqallar Şurasının üzvü, veteran təhsil işçisi Şakir Bəşirov çıxış edərək Ulu öndər Heydər Əliyevin sarsılmaz, polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğunu diqqətə çatdırmış, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında Ulu öndərin misilsiz xidmətləri barədə söz açıblar.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri