Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Ulu Öndərin arzusu reallığa çevrildi

Ulu Öndərin arzusu reallığa çevrildi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Bu gün ölkəmizdə və onun hüdudlarından kənarda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilir. Dahi şəxsiyyət Heydər Əliyev adını Azərbaycanın müasir tarixinə müstəqilliyimizin xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Azərbaycanın bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün müstəqilliyimizin bərpasının ilk illərinə diqqət yetirməyə böyük zərurət duyulur.

Müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin müqayisəli təhlili Azərbaycanın bugünkü inkişafına, tərəqqisinə görə kimə borclu olduğumuza aydınlıq gətirir. 1993-cü ilin may-iyununda ölkədə yaranan gərginlik, mürəkkəb hadisələr Azərbaycanın müstəqilliyi üçün ən böyük təhlükə idi. Respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran daha da dərinləşərək son həddə çatmışdı. Daxili sabitlik pozulmuş, ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq niyyətlərini həyata keçirmək istəyi vəziyyəti daha da ağırlaşdırmışdı. Bir sözlə, Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Belə çətin dövrdə xalq üzünü xilaskarına-Ulu Öndər Heydər Əliyevə tutdu. Xalqımız bilirdi ki, ən çətin anlarda dövlətinin, xalqının yanında olan Ümummili Lider zəngin dövlətçilik təcrübəsinə söykənərək Azərbaycanı düşdüyü vəziyyətdən xilas edəcək. Elə də oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lİder Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı həmin dövrün xaosundan, anarxiyasından, iqtisadi böhrandan xilas etdi. 1994-cü il may ayının 12-də dahi şəxsiyyətin səyləri nəticəsində Ermənstanla atəşkəs sazişi imzalandı. Bununla da daxili sabitliyin, bütün sahələrdə inkişafın əsası qoyuldu. 1993-cü il oktyabrın 3-də xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən Ulu Öndər Heydər Əliyev andiçmə mərasimində “And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam” söyləməklə hədəfləri açıqladı, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı uğurlara imza atdı.
Xalqına verdiyi bütün vədləri həmişə olduğu kimi sədaqəti ilə doğruldan Ümummilli Lider “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” bəyan etdi. Ulu öndər Heydər Əliyevin bu çağırışı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın daha da sıx birliyini, həmrəyliyini şərtləndirdi, həyat amalına çevrildi. Müstəqil Azərbaycanın əsas ideyasının azərbaycançılıq olduğunu önə çəkən Ümummilli Lider bildirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli, qalib Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Azərbaycanın dünyaya səs salan tarixi Zəfərində dünya azərbaycanlılarının birliyi əhəmiyyətli rol oynadı. Tarixi Zəfərimizdən ötən dövrün reallıqlarından bəhs edərkən Qarabağın tacı, türk və İslam dünyasının mədəniyyət paytaxtı Şuşanın Dünya azərbaycanlılarının Zəfər qurultayına şahidlik etməsini xüsusi qeyd etməliyik.
Hər bir ölkənin inkişafında iqtisadi və siyasi müstəqilliyin rolunu önə çəkən Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanda yaradılan sabitlik ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoydu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi mövqeyi daha da möhkəmləndi. Ölkəmizin etibarlı tərəfdaş kimi tanınması əməkdaşlığın coğrafiyasının genişlənməsinə, regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına səbəb oldu. Bu fikir daim böyük inamla qeyd edilir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq mövqeyinin hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlan qazandırır.
Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək mümküm deyil. Reallıq budur ki, Onun şah əsəri olan müasir müstəqil Azərbaycan dünyaya Günəş kimi doğdu. Ümummilli Lider, eyni zamanda, 2003-cü ildə xalqa tarixi müraciəti ilə Azərbaycanın tarixi Zəfərinin əsasını qoydu. Belə ki, cənab İlham Əliyevin 21 illik Prezidentlik dövrünün 17 ili Azərbaycanın Qələbəyə hazırlığına, torpaqlarımızın işğaldan azad edilməsinə yönəldi. Ölkəmiz bütün sahələrdə uğurlu nəticələrə nail oldu. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Dörd il bundan öncə möhtəşəm Qələbəmiz tarixi ədaləti bərpa etdi, 30 illik işğala son qoydu, yeni reallıqlar yaratdı. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz sevincli günlərini yaşayır. Bərpa-quruculuq işləri geniş vüsət alıb, soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Hazırda Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Ümummilli Liderin ən böyük arzusu Şuşanı, Qarabağı, Zəngəzuru azad görmək idi. Onun siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallığa çevirməklə yeni reallıqlar yaratdı.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri