Icma.az
close
up
RU
Ulu Öndərlə görüşümüz təsadüfi deyildi

Ulu Öndərlə görüşümüz təsadüfi deyildi

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmanla bu tarix hər il Azərbaycan gəncliyinin bayramı kimi qeyd olunur. Bu günlərdə tez-tez 1996-cı ildə keçirilmiş Birinci Azərbaycan Gənclər Forumunda Ulu Öndərin gənclərə ünvanladığı öyüd və nəsihətlər xatırlanır.

Amma mən bu gün diqqətinizi başqa bir görüşə yönəltmək istəyirəm. Özümün də şəxsən iştirak etdiyim, tarixə səssiz, lakin dərin iz buraxmış, vətənimizin ən ağır və sınaqlı günləri olan 1994-cü ilin fevral ayına. Həmin il Ulu Öndər Azərbaycanın gələcəyinə inandığı, yaşları 16–18 arasında dəyişən, sayı 200-ə yaxın olan ilk gənclər qrupunu Türkiyədə təhsil almağa yola salmazdan əvvəl qəbul etmişdi. O gün biz gənc idik. Bəlkə də ölkəmizi dörd bir yandan əhatə edən təhlükələrin miqyasını tam dərk etmirdik. Sadəcə Azərbaycan universitetlərində olmayan ixtisaslar üzrə təhsil almaq üçün seçilmiş gənclər idik. Amma bir şeyi çox yaxşı xatırlayıram:

Ulu Öndərin baxışlarında dərin inam vardı. Sözlərində etibar, müraciətində isə böyük məsuliyyət hiss olunurdu. O, bizə təkcə oxumağı deyil, Azərbaycanı layiqincə təmsil etməyi tapşırırdı. Biz də həmin çağırışı ürəyimizdə daşıyaraq, harada olduqsa, Azərbaycan adı ilə başımız dik durduq. Məhz həmin görüşdə biz Ulu Öndərin Azərbaycan gəncliyinə olan diqqətini, qayğısını və gələcəyə olan böyük ümidini bütün varlığımızla hiss etdik. Zaman bizə bu görüşün təsadüfü olmadığını göstərdi. Türkiyədə təhsillərini başa vurduqdan sonra həmin görüşün iştirakçısı olan gənclərin bir çoxu Azərbaycanı dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə təmsil etdi.

Onların arasında mən də var idim. Anadolu Ajansı, İhlas Haber Ajansı kimi Türkiyənin aparıcı media qurumlarında, eləcə də Moskvada müxbir kimi çalışdım. 18 illik jurnalist fəaliyyətim dövründə, xüsusilə Aprel döyüşlərindən bu günə qədər harada oldumsa, Azərbaycanı qürurla və ləyaqətlə təmsil etməyə çalışdım. Səmimi qəlbdən deyə bilərəm ki, bunun ən başlıca səbəbi 24 il əvvəl Ulu Öndərin bizə verdiyi öyüd və nəsihətlərdir.

Bu gün yaşları 50-ni keçsə də, ruhları hələ də gənc olan o tarixi görüşün bütün iştirakçılarını buradan salamlayıram.

Büttün Azərbaycan gənclərini ürəkdən təbrik edirəm

Fuad Abbasov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri