Icma.az
close
up
RU
Ulucay Akif: Aygün Kazımova ilə evlənmək fikrim yoxdur...

Ulucay Akif: Aygün Kazımova ilə evlənmək fikrim yoxdur...

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.
Dünən həmişəki kimi Ramiz müəllimlə (red. Mehdiyevi demir) işdən evə qayıdırdıq. Yolboyu söhbət eləsək də, radionu asta səsdə açıq saxlayırıq. Ramiz müəllim kanalları mənə həvalə eləyib, deyir ki, mahnıları da, səsi də özün tənzimlə. Mən də tez-tez FM dalğaları ilə oynayıb kanalları dəyişirəm. Fikir vermişəm, həmişə nədənsə adam radioda tanış mahnı, bəlkə də, tanış səs axtarır. Çox vaxt tanımadığımız, gözəl mahnıların üstündən tez keçirik.
Ancaq bir səs var... o səsi eşidəndə, mütləq əlimizi saxlayır, kanalı dəyişmirik.
O səs Aygün Kazımovanın səsidir.

Mahnını tanısan da, tanımasan da Aygünün səsi gəldisə, FM dalğasını dəyişmirsən. Qəribədir! Onun səsiylə daxili dünyamız arasında bağ yaranıb. Təkcə özümü nəzərdə tutmuram, mənə elə gəlir, bu bağı, etiraf etsə də, etməsə də, 7-dən 70-ə hamı duyur.
Ən kədərli mahnısı da, ən ritmik mahnısı da adamın ürəyinə yol tapır (hər şeyi öz adıyla çağırsaq, adama ləzzət eləyir!).
Dünən də maşının radiosundan Aygünün səsi gələndə Ramiz müəllim ilk dəfə mənə müdaxilə elədi:
– Qoy oxusun, görək nə oxuyur...
Tanıdığımız səs tanımadığımız ritmik mahnını işvəli-işvəli oxuyur və bir yerində ikimiz də gülürük:
“Məni həkimlər gözəlləşdirir,
Səni dəyişdirib salır abra!
Abra! Abra! Abrakadabra!”
İki kişi ilk dəfə eşitdiyi mahnının bu yerində gülürsə, deməli, Aygün düz deyir.
Öz-özümə fikirləşirəm ki, doğrudan da, bir şey səndə ya olur, ya da olmur.
O şeylərdən biri də gözəllikdir. O qədər estetik əməliyyatlar edən qadınlar tanıyırıq ki, nə qədər çalışsalar, yenə də gözəlləşmirlər.
Cavan-cavan qızlar görürük, iyirmi-otuz yaşında bədəni əldən düşüb, dərisi büzüşüb, əti sallanıb, yüz cərrah da birləşsə, bir şey alındıra bilməz.
Nəysə.
Söhbətimiz Aygünün gözəlliyi deyil. Aygünün səsini eşidib FM dalğasını, TV kanalını dəyişmiriksə, deməli, Aygünlə aramızda o bağ yaranıb. Bir sözlə, onu sevirik.
Aygün Kazımovanın neçə yaşı var, bilmirəm, heç maraqlanmaq niyyətim də yoxdur. Amma görürəm ki, bu gün gənc nəslin dilində də hitə çevrilən mahnılar onundur. Neçə-neçə gənc müğənnilər gəldi, keçdi, amma heç biri Aygünə çata bilmədi. Heç yel olub yanından da ötmədilər. Aygün isə artıq özündən sonrakı neçənci nəsil müğənniləri də yola salır.
İşində bir nömrə olmaq, yəqin, budur!
Qəribədir, Aygün Kazımova haqqında xoş söz deyəndə də, mütləq kimlərsə “səhnəyə yarıçılpaq çıxır”, “qızlarımızı korladı” kimi fikirlər səsləndirirlər.
Maraqlıdır!
Qızlarımız, qadınlarımız hansısa müğənninin səhnə geyimi ilə korlanırsa, vay bizim halımıza, vay sizin halınıza.
Onda özümüzü bütün dünyadan təcrid edək. Ki heç kimi görməyək, pozulmayaq.
Açığı, Aygün Kazımovanın nə geyindiyinin mənə nə fərqi? Onunla evlənmək fikrim yoxdur.

Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir - FOTO - VİDEO Elmir Mirzəyevlə görüş keçiriləcək Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri