Icma.az
close
up
RU
“Ulucay ədəbiyyatda təsadüfi adamdır, haqqımda nə istəsə yaza bilər” Aqşin Yenisey

“Ulucay ədəbiyyatda təsadüfi adamdır, haqqımda nə istəsə yaza bilər” Aqşin Yenisey

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mən kiminsə ədəbi himayəsində böyüməmişəm deyə bəzən sərt tənqidlərimin qarşı tərəfdə necə qarşılanacağını qabaqcadan hiss edə bilmirəm"


"25 ildir  əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir edirlər. Hələ ictimai mövzularda yazdığım yazılara görə cəmiyyətdən aldığım təhdidləri, təhqirləri qoyuram bir qırağa..."

“Gənclər özlərini mövcud Azərbaycan ədəbi mühiti ilə məhdudlaşdırıblar. Bu ədəbi mühit də, sadəcə, stalinizmin uzantısıdır”

 Şair Aqşin Yeniseyin  gənc  yazar Nadir Yalçın haqqında “Sənin haqqında bir il də yazsam, yazı adamı olan deyilsən” ifadəsi yeni nəsil yazarlar arasında etirazla qarşılanıb. Kulis.az-ın baş redaktoru  Ulucay Akif də bu polemikaya istinad edərək Aqşinin yaradıcılığını və ədəbi yanaşmasını tənqid edib. Yazıda, xüsusilə, Aqşin Yeniseyin əsərlərində baş obrazlara verdiyi adlar və ədəbi üslubu diqqətə çatdırılıb, onun yeni ədəbi nəslə dərs deyəcək müəllif olmadığı vurğulanıb:

“Aqşin yeni ədəbi nəslə dərs deyə biləcək müəllif deyil. Açığı, orta nəsil və yaşlı nəsil yazıçılar arasında yeni nəslə dərs deyəcək, ustadlıq edəcək imza görmürəm, çünki özlərinin ortada sanballı bir əsəri yoxdur”.

Ulucay Akif hesab edir ki, yeni nəsil müəlliflər daha sanballı yazır. AYB-AYO davası, vəzifə-pul davası eləmir yeni müəlliflər, sırf ədəbiyyat yaratmağa çalışır.

Aqşin Yenisey Sherg.az-a açıqlamasında haqqında yazılan fikirlərə  cavab verib. Şairin sözlərinə görə, yaradıcı mühitdə bu cür əksfikirliliyin olması vacibdir. Olmaması daha çox üzücü olardı:

“Yaşlı Da Vinçi ilə gənc Mikelancelonun da fikir ayrılığı vardı. Nitsşe Sokratı, az qala, təhqir edirdi bir kitabında. Nabokov Dostoyevskini məsxərəyə qoyurdu. Yəni bu cür ədəbi davaların nə əvvəli var, nə də sonu olacaq. Nadirə yazdığım ifadə, sadəcə, ona aid olmayan əsəbi bir halın təzahürüydü. Mən ədəbiyyatın, sənətin mərkəzində hər dövrün öz problemlərinin, mövzularının olmalı olduğunu yazdığım statusun altında mənə ağsaqqalcasına və səhv yol göstərdiyi üçün o cür sərt cavab yazmışdım. Sonra peşmanlığımı da ifadə etdim. Amma mən o fikirdə də deyiləm ki, sənət, ədəbiyyat gənclərə yol açmaqla inkişaf edir. Biz bu düşüncədəki "yol" sözünü səhv anlayırıq. Açılmış yolda böyük sənət adamı yetişə bilməz. Böyük adamları böyük çətinliklər yetişdirir. İndiki gənclər çox ərköyündürlər və elə başa düşürlər ki, kimsə onlar haqqında yazsa böyük yazıçı, şair olacaqlar. Əksəriyyəti kitab oxumur, hətta kitab oxumağı qəbahət kimi qələmə verir. İstedad, zəhmət olmadan inkişaf edə bilməz”.


Şair qeyd edib ki, yaradıcılığı mədəniyyətə çevirən zəhmətdir. O, istəyir ki, gənclər yaradıcılıq mərhələsini aşsınlar, mədəniyyət mərhələsinə keçsinlər. Sənətin, ədəbiyyatın ictimai dəyərini anlasınlar: 

“Bir cümləlik tənqidə dözümü olmayan gəncdən əsər gözləmək boş ümiddir. Mən kiminsə ədəbi himayəsində böyüməmişəm deyə bəzən sərt tənqidlərimin qarşı tərəfdə necə qarşılanacağını qabaqcadan hiss edə bilmirəm. 25 ildir  əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir edirlər. Hələ ictimai mövzularda yazdığım yazılara görə cəmiyyətdən aldığım təhdidləri, təhqirləri qoyuram bir qırağa. Amma mən bütün bunların normal olduğunu düşünürəm, çünki sevilmək üçün yazmıram. Mənim üçün ən böyük ayıb məni tənqid və təhqir edənlərin sevgisi olardı. Gənclərə də ədəbiyyatda, həyatda gəlib çıxdığım yerdən dəyər verirəm. Dünya ədəbiyyatının sınanmış yolu budur. Gənclər özlərini mövcud Azərbaycan ədəbi mühiti ilə məhdudlaşdırıblar. Bu ədəbi mühit də, sadəcə, stalinizmin uzantısıdır.  Ulucaya gəlincə, o ədəbiyyatda təsadüfi adamdır, mənim haqqımda nə istəsə yaza bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri