Ülvi Mehdiyev: ASAN xidmət artıq Azərbaycanın intellektual brendidir
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, artıq bütün ölkələrdə dövlət xidmətləri sahəsində bu modelə müraciət edirlər:
"Əlbəttə ki, səbəbsiz deyil. Bu, ilk növbədə, ölkə prezidentinin bir innovasiyasıdır. Bu modelin Azərbaycanda uğurla tətbiqi beynəxlalq səviyyədə maraq doğurub. Artıq 30-dan çox ölkə ilə müqaviləmiz var. Bu ölkələrlə "ASAN xidmət" modelinin paylaşılması nəzərdə tutulur. Sözügedən ölkələr bütün qitələrə aiddir, Afrika, Asiya, Avropa, Amerika ölkələri də var. Hazırda 18 ölkə də "ASAN xidmət" modelini öyrənmək üçün müraciət edib. Həmin ölkələrə Braziliya, İndoneziya, Vyetnam, Çili, Liviya, Tacikistan, İran, Keniya, Qvineya və s. əməkdaşlıq üçün müraciət edib".
Agentlik sədri həmçinin əlavə edib ki, Pakistan, Özbəkistan, Uqanda, Efiopiya, İndoneziya, Pakistan, Əfqanıstanda bu model artıq tam tətbiq olunur və indiyədək 750 milyondan çox şəxsə xidmət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 15 İyul 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















