Ülvi Mehdiyev: Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir və Azərbaycan bu ölkələrlə əməkdaşlıq edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyi ilə bağlı hesabat tədbirində deyib.
O bildirib ki, altı ölkədə ASAN Xidmət təcrübəsi əsasında 600-dən çox xidmət mərkəzi fəaliyyət göstərir: "Həmin mərkəzlərin xidmət göstərdiyi əhalinin sayı 800 milyona yaxındır. Bu da dünya əhalisinin təxminən 10 faizini təşkil edir".
Ü.Mehdiyev vurğulayıb ki, Azərbaycanda əsası qoyulan ASAN Xidmət modeli artıq dünyada yüz milyonlarla insana xidmət göstərən geniş şəbəkəyə çevrilib:
"ASAN Xidmətin ixracı dedikdə, modelin digər ölkələrlə bölüşdürülməsi, eləcə də Azərbaycanın bu sahədə topladığı bilik və təcrübənin beynəlxalq tərəfdaşlara ötürülməsi nəzərdə tutulur. ASAN İnnovativ İnkişaf Mərkəzi ölkə üzrə fəaliyyət göstərən təlimçilər və təlim şirkətləri üçün açıq platformadır və hər hansı təlim şirkəti ilə rəqabət aparmaq məqsədi daşımır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















