Icma.az
close
up
RU
Ülvi Qənizadə finala yüksəlib, Əhmədiyev bürünc uğrunda mübarizə aparacaq YENİLƏNİB

Ülvi Qənizadə finala yüksəlib, Əhmədiyev bürünc uğrunda mübarizə aparacaq YENİLƏNİB

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan yunan-Roma güləşçisi Ülvi Qənizadə (72 kq) Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

İdman.biz-in məlumatına görə, Qənizadə yarımfinalda özbəkistanlı Abdulla Əliyevi 5:0 hesabı ilə məğlub edib. Onun finaldakı rəqibi daha sonra müəyyənləşəcək.

Bu arada yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Zaqrebdə keçirilən dünya çempionatında finala yüksələ bilməyib. O, yarımfinal görüşündə rusiyalı Artur Sarkisyana (UWW) son xal qaydası ilə uduzub (1:1).

Beləliklə, Əhmədiyev dünya çempionatında bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

Üçüncü yer uğrunda həlledici görüşlər sabah baş tutacaq.

18:55

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisini yarımfinal döyüşləri gözləyir.

İdman.biz-in məlumatına görə, Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) dünya çempionatının yarımfinalına yüksəlib.

Yarımfinalda Qənizadə özbəkistanlı Abdulla Əliyevlə, Əhmədiyev isə rusiyalı Artur Sarkisyanla qarşılaşacaq.

Bu arada Nihad Məmmədli (60 kq) 1/4 finalda Əlişir Qəniyevə (Özbəkistan, 4-8) məğlub olub. Özbəkistanlı güləşçi finala yüksəlsə, Məmmədli bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanacaq.

12:29

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün üç Azərbaycan güləşçisi mübarizə aparacaq.

İdman.biz-in məlumatına görə, yeddinci yarış günündə mübarizə aparacaq yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60 kq) və Ülvi Qənizadənin (72 kq) rəqibləri seçmə mərhələdən sonra müəyyənləşəcək.

Murad Əhmədiyev (97 kq) italiyalı Nikoloz Kaxelaşvili ilə qarşılaşacaq.

Dünən yarımfinalda uduzan Eldəniz Əzizli (55 kq) bu gün bürünc medal uğrunda mübarizə aparacaq. O, Ulan Muratbek Uulu (Qırğızıstan) və Artem Deleanu (Moldova) arasındakı döyüşün qalibi ilə qarşılaşacaq.

Komandanın hazırda dörd medalı var. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nurəddin Novruzov (61 kq), Arseni Djioyev (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Sentyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri