Ülviyyə Bəbirli: Mahnı Teatrı böyük sənətkar Rəşid Behbudovun irsini davam etdirir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 9 iyun, AZƏRTAC
Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti Rəşid Behbudovun anım günüdür. Lakin biz onu yalnız bir gün deyil, hər gün yad edirik. Mahnı Teatrı onun adını daşıyır və bu sənət ocağı böyük sənətkarın irsini davam etdirir. Bu isə bizim üzərimizə böyük məsuliyyət, eyni zamanda, şərəfli bir missiya qoyur.
Bunu AZƏRTAC-a açıqlamasında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli söyləyib.
O, Teatrda Rəşid Behbudovun yaradıcılığı istiqamətində yeni proqramlar və repertuarlar üzərində davamlı iş aparıldığını deyib.
"Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəşid Behbudovun xatirə otağı açılıb. Bu gün həmin məkan sənətkarın şəxsi əşyalarının, ona hədiyyə olunmuş qiymətli eksponatların nümayiş olunduğu xüsusi bir mədəniyyət guşəsi kimi fəaliyyət göstərir", - deyə Ülviyyə Bəbirli əlavə edib.
Müxbirlər - Gülay Nəzərova, Fərid Səlimov
Fotomüxbir - İlkin Cavanşirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 09 İyun 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















