Icma.az
close
up
RU
Ülviyyə Fətəliyevaya dəstək:Unutma, dövlətin də, ordun da qalibdir!

Ülviyyə Fətəliyevaya dəstək:Unutma, dövlətin də, ordun da qalibdir!

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkələrin aktiv izləyicisi olduğum üçün demək olar ki, bütün maraqlı səhifələri izləyirəm. Bura yaxın qonşularımızın - qarı düşmənlərimizin də səhifələri daxildir.

Bu gün sosial şəbəkələrin erməni seqmentində paylaşılan idmanla bağlı bir xəbər diqqətimi cəlb etdi.
Deməli, həm rəsmi erməni media orqanları, həm də istifadəçilər hazırda Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında qalib gəlmiş həmyerlilərinin fotosunu paylaşıblar.  Ermənistanın qadınlar komandasının lideri, 2021-ci il Avropa Qadınlar Çempionu elan edilmiş qrosmeyster Elina Danielyanın 4 turdan sonra 3,5 xalı olduğunu və 2-8-ci yerləri bölüşdüyünü qeyd ediblər:” Beynəlxalq usta Lilit Mkrtçyan və Mariya Gevorqyan da liderlər sırasındadırlar.
Dünən qadınlar arasında şahmat üzrə beşqat Ermənistan çempionu, Ermənistanın qadınlardan ibarət şahmat komandasının üzvü Mariya Gevorqyan, qadınlar arasında hazırkı Avropa çempionu, azərbaycanlı beynəlxalq usta Ülviyyə Fətəliyevanı məğlub edib.
Növbəti mərhələ aprelin 4-də Ermənistan vaxtı ilə saat 16:00-da başlayacaq”.
Xatırladaq ki, qitə birinciliyində Azərbaycanı 8 şahmatçı təmsil edirdi. Avropa çempionatında yarışın son qalibi Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova mübarizə aparırdı.
Ümumilikdə 137 şahmatçının iştirak etdiyi Avropa çempionatının reytinq favoriti Nino Batsiaşvili (Gürcüstan) olacağı deyilirdi. Turnirin mükafat fondu 60 min avroya bərabərdi. Çempion olacaq şahmatçı 10 min avro pul mükafatı əldə edəcək.
 İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdan ibarət olacaq. Avropa çempionatında ilk 10 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.
Onu da vurğulayaq ki, ötən il Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionu olub. Gəncəli qrosmeyster, 27 yaşlı zəka sahibimiz qadın şahmatçılar arasında fərdi Avropa çempionatının qalibi olub.
Təmsilçimiz Yunanıstanın Rodos adasında keçirilən yarışın çempionu adını qazanıb. 10 oyunda 8,5 xal toplayan Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb. O, son turda Nino Batsiaşvili (Gürcüstan) ilə heç-heçə etməklə buna nail olub. Ülviyyə iki il əvvəl qitə çempionatında 3-cü yeri tutub.

P.S. Əziz çempionumuz, qətiyyən uduzduğun üçün kədərlənmə! Bu bir idman oyunudur! İdmançı istənilən oyunda uda da, bilər uduza da bilər! Biz yenə də səninlə fəxr edirik! Əsas olan odur ki, xalqımız da, dövlətimiz də, ordumuz da düşmən üzərində real qələbəni təmin edib!Uğurlar diləyirəm!

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri