Icma.az
close
up
RU
“Ülviyyə İlyasova, sizi ürəkdən təbrik edirəm. Çünki sən qanundan üstünsən

“Ülviyyə İlyasova, sizi ürəkdən təbrik edirəm. Çünki sən qanundan üstünsən

Icma.az, Shownews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikada yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrah Ülviyyə İlyasova ilə bağlı paylaşıb edib. 

Axşam.az xəbər verir ki, jurnalist Ü.İlyasova haqda bunları yazıb:

"Qanun susdu, ana ağladı - ədalət yerini tapmadı. Duydum-duymadım deməyin: Qaynı arvadını həkim olmadan, lisensiyasız bir klinikada əməliyyat edən və onun ölümünə səbəb olan Ülviyyə İlyasova, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəmi 3 il məntəqə tipli azadlıqdan məhrumetmə cəzası aldı. Yəni, həbs edilmədi. Bundan sonra kim harada istəyirsə, əməliyyat edə bilər. Buyurun, mətbəxlər sizi gözləyir. Qoy ali təhsilli doktorlar içəridə çürüsün. Onların əlində tibbi şəraitdə baş verən ölümlər qatı cinayətkarlıqdır… Elmimizə bu yaraşır. Əziz “könüllü cərrahlar”, bəli, sizi deyirəm iş başına. Çünki artıq nə diplom, nə lisensiya, nə də insan həyatı önəmlidir. Qorxmayın, məsuliyyət yoxdur, qanun susur. Əməliyyat masası yerinə mətbəx stolu, steril alətlər əvəzinə isə bıçaq dəsti kifayətdir. Cəsarətiniz varsa, buyurun – bu ölkədə hamı hər şeyi edə bilər! Ülviyyə İlyasova, sizi ürəkdən təbrik edirəm. Çünki sən qanundan üstünsən".

Xatırladaq ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxlayıb. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://shownews.az
archiveBu xəbər 07 İyun 2025 07:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri