Umar Nurməhəmmədov: “Merabdan qisas almaq və ona xəsarət yetirmək istəyirəm”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yüngül çəkidə keçmiş UFC tituluna iddialı olan rusiyalı MMA döyüşçüsü Umar Nurməhəmmədov bir daha 61 kq çəki dərəcəsində hazırkı UFC çempionu gürcüstanlı Merab Dvalişvili ilə revanş döyüşü arzusunu dilə gətirib.
İdman.Biz xəbər verir ki, Umarın məqsədi gürcü rəqibindən qisas almaqdır.
“Əlbəttə ki, Merabdan qisas almaq və ona xəsarət yetirmək istəyirəm. Həqiqətən də bütün döyüş boyu, beş raund ərzində sifətini dağıtmaq istərdim", - “Red Corner MMA”nın X sosial şəbəkəsindəki hesabı Nurməhəmmədovdan sitat gətirib.
Xatırladaq ki, Umar və Merab arasında ilk döyüş 18 yanvarda Los-Ancelesdə “UFC 311”də baş tutub. Döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı əsasında Dvalişvilinin qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Oktyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















